Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:15

Niyə seçki pozuntuları sənədləşdirilmir?


Səs: Real audio
Vurğun Əyyub bəzi məqamlarda «Azadlıq»ın güzəştə getməyə hazır olduğunu deyir Yerli icra strukturlarının seçki prosesinə müdaxiləsi barədə Mərkəzi Seçki Komissiyası [MSK] çox sayda şikayətlər aldığını bildirib. Qurumun katibi Vidadi Mahmudlu çərşənbə günü komissiyanın iclasında bu barədə məlumat verib.



Ölkə səviyyəsində icra qurumları məsələn, Prezident Aparatı, yaxud Daxili İşlər, Təhsil və başqa nazirliklər seçkilərə müdaxilə edirmi? Bu barədə seçki bloklarından və ya ayrı-ayrı namizədlərdən MSK-ya rəsmi şikayətlər gəlibmi?



MSK-nın başqa bir katibi Natiq Məmmədov "Azadlıq" radiosuna müsahibəsində belə şikayətlər almadıqlarını deyir. Amma "Azadlıq" blokunun Seçki Qərargahının rəhbəri Pənah Hüseyn ölkə səviyyəsində icra qurumlarının seçkiyə müdaxilə etdiyini deyir.



Niyə seçkidə pozuntudan şikayət edirlər, ancaq bu şikayətləri sənədləşdirmək istəmirlər? Yoxsa, siyasi bəyanat bəs edir?



"Rəngli Səslər"in bu dəfəki qonağı "Hüquq və İnkişaf" İctimai Birliyinin sədri Hafiz Həsənovdur:



"Mərkəzi icra hakimiyyətinin seçkilərə qarışması elə dolayı, görünməyən yollarla aprılır ki, bunu faktlarla ortaya çıxarmaq çətin olur. Məhkəməyə, yuxarı seçki komissiyasına isə o halda müraciət etmək olur ki, konkret faktlar, konkret əsaslar olsun..."



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG