Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:28
Rubrikalar

<i>«Seçki Qatarı»</i>: Səsvermənin nəticələri mərkəzə düzgün ötürülürmü?


Səs: Real audio
Vurğun Əyyub bəzi məqamlarda «Azadlıq»ın güzəştə getməyə hazır olduğunu deyir Bu "Seçki Qatarı"nda:



- Səsvermənin nəticələrinin məntəqələrdən mərkəzə hansı yolla getdiyini araşdıracaq;



- Vətəndaşın səsvermənin nəticələrinin ötürülməsinə nəzarətlə bağlı fikirlərini biləcək;



- Azərbaycanın ən Qərb nöqtəsindən – Sədərəkdən xəbər tutacaqsız



MƏNTƏQƏDƏN DAİRƏYƏ, DAİRƏDƏN MƏNTƏQƏYƏ...



"Azadlıq" blokundan deputatlığa namizəd Vurğun Əyyubun seçki günü seçicilərin səslərinə dair informasiyaların mərkəzə düzgün ötürüləcəyinə inamı azdır. Onun sözlərinə görə, məntəqə seçki komissiyalarının sədrləri hakimiyyətə meylli olduqlarından, səsləri ötürərkən bilərəkdən yanlışlığa yol verəcəklər.



Cənab Əyyub deyir ki, 2003-cü il prezident seçkiləri zamanı da belə hallar mövcud idi. Onun fikrincə, eyni hadisələrin bu il də təkrarlanmaması üçün seçki komissiyalarının sədrləri hakimiyyətin nəzarətindən çıxarılmalıdır.



Mərkəzi Seçki Komissiyasının [MSK] katibi Vidadi Mahmudlu da səslərin ötürülməsi zamanı təhriflərə yol veriləcəyindən nigarandır. O, mümkün qanunsuzluqların qarşısının alınması üçün üç nəfərdən ibarət nəzarət qrupu formalaşdırmağı təklif edir. Cənab Mahmudlunun fikrincə, bu qrupa müxalifətdən olan şəxslər də daxil edilməlidir.



Demokratik Seçkilərə Yardım Mərkəzinin sədri Əli Quliyev deyir ki, səsvermə günü səslər məntəqədən dairəyə primitiv üsulla – ya əllə, ya da telefonla ötürülür. Bu isə MSK-nın demokratik ölkələrdə olduğu kimi mükəmməl avtomatlaşdırılmış informasiya sisteminə malik olmadığını göstərir.



Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu sahədə qanunda boşluğun olduğunu bildirir. Onun sözlərinə görə, seçki günü məlumatın məntəqədən dairəyə və geri – yenidən məntəqəyə ötürülmə prosesində tənzimlənməyən məqamlar var.



"Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayevsə deyir ki, bu günə qədər keçirilən seçkilərdə məntəqələrdən kompütersiz də doğru informasiya alınıb. Amma dövlət proqramına uyğun olaraq, gələcəkdə dairələrdə olduğu kimi məntəqələrdə də kompüterlərin quraşdırılması nəzərdə tutulur.



İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə isə, problem təkcə məntəqəylə bağlı deyil. O deyir ki, qanunda avtomatlaşdırılmış informasiya sisteminə kənardan müdaxilə olmayacağına dair lazımi təminat yoxdur.



Osman Gündüzun sözlərinə görə, Ukrayna seçkilərdə artıq belə bir problemlə üzləşib. Bu ölkədə səsverməyə dair məlumatlar dairələrdən mərkəzə gələn zaman süni surətdə yubadılaraq öncə Prezident Aparatına ötürülüb.



Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitunun direktoru Rasim Əliquliyev də nəzəri cəhətdən informasiya şəbəkə sisteminə kənardan müdaxiləni mümkün hesab edir. Amma əgər mühafizə tədbirləri görülməyibsə.



"Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev bütün mühafizə tədbirləri görüldüyündən, informasiya sisteminə kənardan müdaxiləni istisna edir.



Seçki Məcəlləsinə görə, müşahidəçilərin seçki sənədlərinin dairə və Mərkəzi Seçki komissiyalarına göndərilməsini izləmək hüququ var. Müşahidə seçkilər elan olunduğu gündən başlana, səsvermənin yekunları rəsmən dərc edildiyi gün bitə bilər.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG