Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:03

«Quş qripi»ndən qorunmaq üçün xarici köməyə ehtiyac var


Səs: Real audio
Vurğun Əyyub bəzi məqamlarda «Azadlıq»ın güzəştə getməyə hazır olduğunu deyir "Quş qripi" aşkarlanarsa, nümunələr yoxlanmaq üçün xarici laboratoriyalara göndəriləcək



Britaniya laboratoriyası Rumıniyada iki "quş qripi" halını təsdiqləyib. Çexiya Səhiyyə Nazirliyinin məlumatına görə, adamlar panikaya düşüb kütləvi şəkildə peyvənd etdiklərinə görə peyvənd qıtlığı yaranıb.



Qrip üzrə mütəxəssis Sədrəddin Qurbanov deyir ki, Azərbaycanda da –Baytarlıq İdarəsində "quş qripi"ni müəyyən edən laboratoriya olsa da, diaqnostik preparat yoxdur. Onun sözlərinə görə, xeyli iş görülsə də, həmin preparatları əldə etmək mümkün olmayıb.



Amma Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov deyir ki, "quş qripi"ni müəyyənləşdirəcək avadanlıqlar Azərbaycana iki il bundan əvvəl gətirilib.



Emin Şahbazova görə, Azərbaycanda "quş qripi" ilə bağlı çöl və ev quşlarından müayinələrin götürülməsi bu həftə başa çatacaq. "Quş qripi" aşkarlanarsa, həmin nümunələr yoxlanmaq üçün dünyanın müxtəlif laboratoriyalarına göndəriləcək. Və nəticə eyni olarsa, vaksinlərin alınmasına başlanacaq.



Həkim-infeksionist Mehdi Mehdiyevə görə, "quş qripi"nə yoluxma insanlarda yüksək hərarət, ishal və ağ ciyərlərdə pnevmaniya halları ilə müşayiət olunur. Cənab Mehdiyev deyir ki, "quş qripi"nə, adından da göründüyü kimi, quşlar və quşlarla təmasda olan insanlar yoluxurlar.



Bu xəstəliyinin müalicəsinin hələ tapılmadığını deyən həkim–infeksionistə görə, yaxşı olar ki, Azərbaycanda adi qripə qarşı peyvənd işi aparılsın:



"Buna qarşı elə bir müalicə tapılmayıb. Yaxşı olar ki, profilaktik olaraq indidən qripə qarşı vaksinasiya işi aparılsın... Bunu tez bir zamanda etmək lazımdır. Çünki xəstəlik başlayanda edəndə onun heç bir əhəmiyyəti olmur".

Günün bütün mövzuları

XS
SM
MD
LG