Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:38

«YeS» «Azadlıq» blokuna vahid namizədləri müəyyənləşdirməyi təklif edir


Səs: Real audio
Vurğun Əyyub bəzi məqamlarda «Azadlıq»ın güzəştə getməyə hazır olduğunu deyir «Yeni Siyasət» («YeS») seçki bloku «Azadlıq» bloku ilə saziş imzalamadan öncə vahid namizədləri müəyyənləşdirmək məqsədilə razılaşdırma komissiyası yaratmağı təklif edir.



Bu haqda qərar «YeS»in oktyabrın 17-də keçirilən toplantısında qəbul olunub. Blokun üzvü Əli Əliyev deyir ki, onlar muxalifətin mümkün qədər daha çox dairədən vahid namizədlə çıxış etməsinə çalışırlar. O, bildirir ki, «YeS» «Azadlıq»la əməkdaşlığı saziş xatirinə imzalamaq istəmir.Cənab Əliyevin fikrincə, hər iki blokun bir dairədən ayrı-ayrı namizədlər irəli sürməsi müxalifətin şansını azalda bilər.



«Azadlıq» blokundan isə «YeS»in qərarından xəbərsiz olduqlarını, ancaq onu müzakirə edəcəklərini bildirdilər. Bloka daxil olan Müsavat Partiyası başqanının birinci müavini Vurğun Əyyub deyir ki, «Azadlıq» bloklararası yaxınlaşmanın tərəfdarıdır və bu üzdən də onlar bəzi məqamlarda güzəştə getməyə də hazırdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG