Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:41

«Quyruqsuz ulaq» «Qran-Pri» aldı


Səs: Real audio
Simferopol Nəqliyyat Polisinin hava limanı bölməsinin rəisi Andrey İvantsov: «Əgər inandırıcı məlumatlar əldə etməsək, onu istədiyi istiqamətə yola salacağıq» Qax Dövlət Kukla Teatrı İzmir şəhərində keçirilən VII Beynəlxalq Kukla və Kölgə Teatrları Festivalında "Qran-Pri" mükafatına layıq görülüb.



Teatrın direktoru Nazim Mahmudovun sözlərinə görə, festivalda 7 ölkənin 13 kukla teatrı iştirak edib. Azərbaycanı təmsil edən teatr tamaşaçılara Tofiq Kərimin "Quyruqsuz ulaq" əsərini təqdim edib:



"Tofiq Kərimin "Quyruqsuz ulaq" tamaşası ilə çıxış etdik. Festivalın "Qran-Pri" mükafatına layiq görüldük. Uşaqlar çox böyük maraqla bizim tamaşaları dinlədilər".



İndi teatr bu tamaşa ilə Ağdaşa qastrol səfərinə hazırlaşır.



Nazim Mahmudov Qax Kukla Teatrının noyabrda Türkiyədə bələdiyyələrin təşkil etdiyi müsabiqəyə də yeni tamaşa ilə qatılacağını deyir.
XS
SM
MD
LG