Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:22
Rubrikalar

Oğuz-Qəbələ bölgəsindən Bakıya təzə su xətti çəkiləcək


Səs: Real audio
Simferopol Nəqliyyat Polisinin hava limanı bölməsinin rəisi Andrey İvantsov: «Əgər inandırıcı məlumatlar əldə etməsək, onu istədiyi istiqamətə yola salacağıq» - Gələn ilin dövlət büdcəsində ipoteka kreditləri üçün 20 milyon, əmanətlərin indeksləşdirilməsi üçün isə 40 milyon manat vəsait nəzərdə tutulub. Maliyyə Nazirliyindən verilən məlumata görə, hazırda bununla bağlı müvafiq qanun layihəsi və ödəniş mexanizmləri üzərində iş gedir.



- Avropa Yenidənqurma və İnkişaf Bankı gələn ilin əvvəlində Azərbaycanda dövlət rayon elektrik stansiyalarının müasirləşdirilməsinə 3 ili güzəştli olmaqla 20 il müddətinə 115 milyon avro kredit ayıracaq.



- Gələn il Dövlət Neft Fondunun vəsaiti hesabına Oğuz-Qəbələ bölgəsindən Bakı şəhərinə yeni su xəttinin çəkilişinə başlanacaq. Yeni xətt vasitəsilə Bakı təmiz bulaq suyu ilə təmin ediləcək. "Em-pi-ey" agentliyinin məlumatına görə, icra müddəti 2 il olan layihənin həyata keçirilməsinə ən azı 100 milyon dollar vəsait tələb olunur.



- Oktyabrın 18-də Avstriya rəsmiləri və işgüzar adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başa çatır. Səfər çərçivəsində Bakı Biznes Mərkəzində iki ölkəni təmsil edən 50-dən artıq işgüzar adamın iştirakı ilə Azərbaycan-Avstriya biznes forumu keçirilib. Forumda ikitərəfli əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.



- Oktyabrın 17-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 595, 1 avro 5 563, 1 rus rublu isə 161 manatdır.
XS
SM
MD
LG