Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:32
Rubrikalar

«Azərreyl» Çempionlar Liqasında mübarizəyə başlayır


Səs: Real audio
Simferopol Nəqliyyat Polisinin hava limanı bölməsinin rəisi Andrey İvantsov: «Əgər inandırıcı məlumatlar əldə etməsək, onu istədiyi istiqamətə yola salacağıq» - Oktyabrın 17-də futzal üzrə Avropa Çempionlar Liqasının qrup mərhələ oyunlarının startı verilib. Turnirdə Azərbaycanı ölkə çempionu «Araz» (Naxçıvan) komandası təmsil edir. Qitənin 32 komandası 8 yarımqrupda mübarizə aparacaq. «Araz»ın rəqibləri Hollanidyanın «De Hommel», Belçikanın «Kristal Noir» və Bosniya və Hersoqovinanın «Karaka» komandalarıdır.



- Oktyabrın 18-də Avropanın qadın voleybol komandaları arasında Çempionlar Liqasının oyunlarına star veriləcək. 12 komanda iki yarımqrupda mübarizə aparacaq. Azərbaycanı Çempionlar Liqasında «Azerreyl» klubu təmsil edəcək. Komandanın baş məşqçisi Faiq Qarayev:



«Çempionlar Liqasının kuboku Azərbaycana gəlməlidir... Bu bir ildə görülən işlər bunu deməyə əsas verir».



Oktyabrın 18-də «Azərreyl» Bakıda Türkiyə çempionu «Vakıfbank» klubuna qarşı oynayacaq. Cavab oyunu isə gələn il yanvarın 17-də İstanbulda keçiriləcək.



- Basketbol üzrə Azərbaycan çempionu «Qala» komandası isə Avropa «Top komandalar» turnirinə hazırlaşır. Komanda təlim-məşqlərini Litvada davam etdirir.
XS
SM
MD
LG