Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:50

Rəsul Quliyevi «İnterpol» Ukraynada saxladı


Səs: Real audio
Simferopol Nəqliyyat Polisinin hava limanı bölməsinin rəisi Andrey İvantsov: «Əgər inandırıcı məlumatlar əldə etməsək, onu istədiyi istiqamətə yola salacağıq» Azərbaycan parlamentinin keçmiş spikeri, ADP sədri Rəsul Quliyevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, onu Ukraynanın Simferopol şəhərində «İnterpol» xətti ilə saxlayıblar.



«Azadlıq» seçki blokundan verilən məlumatda isə cənab Quliyevin içində olduğu təyyarənin Binə Hava Limanının ərazisinə daxil olduğu, ancaq onun yerə enməsinə icazə verilmədiyi söylənilirdi.



«Azal» Dövlət Konserninin prezidenti Cahangir Əsgərov isə axşam saatlarında mətbuata verdiyi açıqlamada deyib ki, Simferopol aeroportundan Rəsul Quliyevi gətirən Böyük Britaniyanın çarter təyyarəsinin Bakıda enməsi üçün icazə istənilib. Cənab Əsgərovun sözlərinə görə, sorğuya müsbət cavab verilib, lakin bir qədər keçdikdən sonra Simferopoldan faks daxil olub ki, ADP sədri Bakıya uçmaqdan imtina edir. Faks onun vəkilinə təqdim olunub.



Simferopol Nəqliyyat Polisinin hava limanı bölməsinin rəisi Andrey İvantsov isə «Azadlıq» radiosuna deyib ki, Rəsul Quliyevə Ukrayna ərazisində bir qədər məhdudiyyət qoyulmasının səbəbi Azərbaycanın təklifi ilə onun «İnterpol»un axtarışında olmasıdır: “Azərbaycanın hüquq- mühafizə orqanları onu bir sıra cinayətlər törətməkdə müqəssir bilir. Ona görə də dəvət edib məsələni aydınlaşdırırıq. Burda başqa heç nə yoxdur. Azərbaycanla zəngləşib, sorğulara cavab almaq istəyirik. Bu onun sonrakı taleyini müəyyənləşdirmək üçün lazımdır. Əgər inandırıcı məlumatlar əldə etməsək, onu istədiyi istiqamətə yola salacağıq. Bütün hallarda isə son sözü yenə də məhkəmə deyəcək” – deyə, Andrey İvantsov bildirir.



ADP Mətbuat Xidmətindən verilən məlumata görə isə dünən və bu gün Müsavat, ADP və AXCP-nin yaratdığı «Azadlıq» seçki blokuna daxil olan partiyaların yüzlərlə üzvünü polis saxlayıb. Onların arasında keçmiş Maliyyə naziri Fikrət Yusifov, Gəncə şəhər Polis İdarəsinin keçmiş rəisi Natiq Əfəndiyev, Fəhmin Hacıyev və Rəsul Quliyevin qohumları da var.



Partiyadan bildirirlər ki, saxlananlardan 40 nəfəri deputatlığa namizəddir. Əksəriyyət fəalların Nizami rayon Polis İdarəsinə aparıldığı, onlardan bəzilərinin isə artıq 8-15 sutka müddətinə azadlıqdan məhrum edildiyi söylənilir.



Nizami rayon Polis İdarəsinin növbətçi hissəsinin əməkdaşı Akif Vəliyev isə «Azadlıq» radiosuna oktyabrın 17-i səhər 80 nəfərin saxlandığını, araşdırma aparılandan sonra isə onların buraxıldıqlarını bildirdi.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə saxlananlar haqqında rəsmi məlumatın hazır olmadığını dedilər. Nazirliyin əvvəlki bəyanatında baş verə biləcək hadisələrə görə, «Azadlıq» blokuna daxil olan partiya rəhbərlərinin məsuliyyət daşıdığı bildirilirdi.



Oktyabrın 17-i səhərdən isə Bakıda ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib. Milli Məclisin və digər dövlət idarələrinin bəzilərinin qarşısında hərbi maşınlar və hərbçilər toplaşıb. Şəhər sakinləri bu cür vəziyyətin narahatçılıq yaratdığını deyirlər.



Şəhərə giriş yollarında və Bakı Hava Limanına gedən istiqamətdə məhdudiyyət var, yoxlamalar aparılır.



Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlamalar hərbi hissələrdən birini özbaşına tərk edən hərbçinin axtarışına görədir.



Eks-spiker Rəsul Quliyev 1996-cı ildə Azərbaycanı tərk edib. Onun haqqında 2000-ci ildə həbs-qəti imkan tədbiri seçilib. ADP sədri 100 milyon ABŞ dollarından artıq dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Cənab Quliyevin Xətai rayonu 36 saylı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınsa da,
XS
SM
MD
LG