Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:18
Rubrikalar

Cənubi Qafqazda daşınmaz əmlak bazarı


Səs: Real audio
Hacıbala Abutalıbov: «İcazəsiz aksiyaya icazə verilməyib, verilmir və bundan sonra da verilməyəcək» - Azərbaycanda tikinti sahəsi neft sektorundan sonra ikinci fəal sahəyə çevrilib. Bunu hər addımında 15-20 mərtəbəli binalarla üzləşən Bakı sakinləri təsdiqləyər. Amma təzə evlər o qədər bahadır ki, mənzilləri boş qalıb. Ancaq ilk baxışdan belə görünür. Dəllallar müştəri sarıdan şikayət etmirlər.



Rusiyada işləyən azərbaycanlılar Bakıda tikilən yeni evlərin əsas müştəriləri sayılır. Bakıda ev alqı-satqısı ilə məşğul olan İlham Bağırov deyir ki, şəhərdəki yeni evlərin boş olması təsəvvürü bir tərəfdən, bir çox mənzillərin sahiblərinin xaricdə yaşaması ilə bağlıdır. Amma başqa səbəblər də var. Yeni binalardakı geniş mənzillərin əsas müştəriləri həm də imkanlı dövlət məmurları və biznesmenlərdir. Adətən belə adamların şəhərin müxtəlif yerlərində bir neçə mənzili olur və onların çoxu boş qalır.



İlham Bağırovun sözlərinə görə, yeni evlərə tələbatın artması Sovet dövründən qalma evlərin də qiymətini artırıb. Bunun səbəkarı isə birmərtəbəli evlərin sökülməsinə görə kompensasiya alan vətəndaşlardır.



- Ermənistanda da yeni tikililər bahadır. Düzdür, mütəxəssislər qiymətlərin qəsdən qaldırıldığını deyirlər. Amma fakt odur ki, Ermənistanda hər dörd ailədən birinin mənzilə ehtiyacı var. Qiymətlərsə arta-arta gedir. Yerevanın mərkəzindəki yeni binalarda evlərin kvadrat metri 1200 dollardan 1500 dollara qədərdir.



- Tbilisidə evlər birdən-birə bahalaşıb. Gürcüstan Statistika Departamentinin məlumatına görə, son bir ildə evlərin qiyməti 60 faiz artıb. Amma mənzil alqı-satqısında problem yoxdur. Əhali kasıb olsa da, həm təzə, həm də köhnə evləri almaq istəyənlər çoxdur.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG