Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:38
Rubrikalar

Ötən həftədən «Azad Söz» Jurnalistlər Birliyinin sədr müavini Rəsul Mirhəşimli danışır


Səs: Real audio
Hacıbala Abutalıbov: «İcazəsiz aksiyaya icazə verilməyib, verilmir və bundan sonra da verilməyəcək» Ötən həftə əvvəlkilərlə oxşar olaraq ənənəvi qaydada seçki prosesi ilə müşayiət olunub. Daha çox seçki təşviqatının yayılmasının şahidi olmuşuq.



Həftənin başlanğıcı yadda qalan hadisələrdən biri ADP sədri Rəsul Quliyevin Azərbaycana qayıtması ilə bağlı verdiyi bəyanatdır. Avropa Şurasının həməruzəçiləri – Andreas Qross və Andres Herkelin Azərbaycana gəlişi və seçkilərlə bağlı onların açıqlamalarıdır. Digər mühüm hadisə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstandakı hissəsinin açılışı ilə bağlıdır.



Oktyabrın 9-da polis zorakılığına məruz qalan "Ayna" qəzetinin əməkdaşı İdrak Abbasov və "Boz Qurd" qəzetinin baş redaktoru Ramiz Nəcəflinin müalicəsi davam etdirilib. Çox təəssüfləndirici haldır ki, dövlət orqanları onları müdafiə etmək əvəzinə Ramiz Nəcəflini mitinqçilər arasında olmaqda ittiham etdilər, İdrak Abbasovunsa guya əvvəldən epilepsiyası olduğunu bildirdilər. Halbuki, ətrafdakı adamlar təsdiq edirlər ki, o, polis zorakılığa məruz qalıb.
XS
SM
MD
LG