Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:59

Mer şəhərin mərkəzində mitinqə icazə verilməyəcəyini deyir<p align=`left`><br><br>


Səs: Real audio
Hacıbala Abutalıbov: «İcazəsiz aksiyaya icazə verilməyib, verilmir və bundan sonra da verilməyəcək» «Yenə əvvəlki kimi müxalifətə şəhərin mərkəzində mitinq keçirməyə icazə verilməyəcək».



Bunu oktyabrın 15-də mətbuata açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov söylədi. O, «Azadlıq» seçki blokundan oktyabrın 23-nə planlaşdırılan yürüş-mitinqlə bağlı məktub aldıqlarını və əvvəlki beş marşrutun yenidən təklif ediləcəyini bildirir: «İcazəsiz mitinqə icazə verilməyib, verilmir və bundan sonra da verilməyəcək».



«Azadlıq» blokunun Mitinq Komitəsinin üzvü, AXCP sədrinin müavini Həsən Kərimov isə deyir ki, mer bu açıqlaması ilə müxalifətin sərbəst toplaşma hüquqlarını pozur. Onun sözlərinə görə, blok BŞİH-in cavabından asılı olmayaraq yürüş-mitinqi şəhərin mərkəzində keçirəcək.



«Azadlıq» bloku sonuncu icazəsiz aksiyanı oktyabrın 9-da şəhərin mərkəzində keçirməyə cəhd etmişdi. Polislə mitinqçilər arasında baş vermiş qarşıdurmada xəsarət alanlar və saxlananlar olmuşdu.
XS
SM
MD
LG