Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:36

Azərbaycan - Rusiya sərhəddində gücləndirilmiş iş rejiminə keçilib


Səs: Real audio
«Seçkiqabağı yürüş-mitinqlərin keçirilməsinə qoyulan qadağalar prezidentin 11 may tarixli sərəncamına ziddir» Azərbaycan - Rusiya sərhəddində baytarlıq, gömrük və karantin xidmətləri gücləndirilmiş iş rejiminə keçib. Bu, qonşu ölkədən «quş qripi»nin Azərbaycana yayılmasının qarşısını almaq məqsədi güdür.



Məlumatı «Azadlıq» radiosuna Samur sərhəd - keçid məntəqəsi Karantin Xidmətinin rəhbəri Qədir Hüseynov verdi. Onun sözlərinə görə, Azərbaycanda «quş qripi» qeydə alınmasa da, ehtiyat tədbirlər görülür.



Bir sıra dövlətlərdə bu xəstəliyin yayılması nəzərə alınmaqla Rusiyadan Azərbaycana quş əti gətirilməsinə məhdudiyyətlər qoyulub.



Cənab Hüseynov gücləndirilmiş iş rejiminin nə vaxt ləğv ediləcəyinin hələlik məlum olmadığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG