Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:12

ATƏT rəsmisi: «Hesabat mövcud vəziyyəti əks etdirir»


Səs: Real audio
«Seçkiqabağı yürüş-mitinqlərin keçirilməsinə qoyulan qadağalar prezidentin 11 may tarixli sərəncamına ziddir» «ATƏT-in Seçkini Müşahidə Missiyası ikinci aralıq hesabatını öz müşahidələri əsasında hazırlayıb. Hesabatda olanlar mövcud vəziyyəti əks etdirir».



Bunu ATƏT-in Bakı Ofisi rəhbərinin müavini Robin Sivord «Azadlıq» radiosuna müsahibəsində deyib. Oktyabrın 14-də yayılan hesabatda Azərbaycanda seçki kampaniyası zamanı baş verən pozuntular yer alıb. Məsələn, deyilir ki, bəzi icra hakimiyyəti başçılarının müəyyən deputatlığa namizədlərin xeyrinə seçki kampaniyasına qoşulmasına dair ciddi sübutlar var. Bu da Seçki Məcəlləsinin və prezidentin 11 may tarixli «Seçki praktikasının təkmilləşdirilməsi haqqında» sərəncamının pozulması deməkdir.



Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı hesabatın obyektiv olmadığını, müxalifətin dedikləri əsasında hazırlandığını bildirib. Cənab Sivord isə sənəddə olanların reallığı əks etdirdiyini deyir: «Mən hesabatı tam oxumuşam. Seçkini Müşahidə Missiyası ayrıca missiyadır və seçki prosesini öyrənir. Hesabatda olanlar o deməkdir ki, onlar bu prosesi müşahidə ediblər. Yəni vəziyyət belədir».



ATƏT-in Seçkini Müşahidə Missiyasının son hesabatında o da qeyd olunur ki, televiziyada pulsuz efir vaxtı qanun çərçivəsində bölüşdürülüb, bundan dörd böyük partiya yararlanır: «Ancaq bu efir vaxtından əlavə, monitorinq edilmiş elektron media hazırkı prezidentin fəaliyyətini işıqlandıran materiallar verir».



Sənəddə bildirilir ki, ölkədə seçkiqabağı yürüş-mitinqlərin keçirilməsinə qoyulan qadağalar yuxarıda göstərilən sərəncama ziddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG