Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:57

DİN eks-spikerin gəlişinə hazırlaşır


Səs: Real audio
«Seçkiqabağı yürüş-mitinqlərin keçirilməsinə qoyulan qadağalar prezidentin 11 may tarixli sərəncamına ziddir» Daxili İşlər Nazirliyi [DİN] ADP sədri Rəsul Quliyevin Azərbaycana dönməsi ilə bağlı məlumatlara rəsmi bəyanatla cavab verib.



Sənəddə bildirilir ki, Rəsul Quliyevin sədrlik etdiyi partiyanın daxil olduğu "Azadlıq" seçki bloku paytaxt Bakıda və ətraf bölgələrdə qarışıqlıq salmağa çalışır. Və Rəsul Quliyevin Bakıya dönüşünü təşkil etmək də bu planın tərkib hissəsidir.



DİN xatırladır ki, cənab Quliyevin gəlişi ilə bağlı baş verə biləcək hadisələr və eks-spiker barəsində olan məhkəmə hökmünü icra etmək üçün hazırlıq tədbirləri görülür. Heydər Əliyev adına Hava Limanının təhlükəsizliyini təmin etmək üçün də tədbirlər müəyyənləşdirilib.



DİN bəyan edir ki, baş verə biləcək hadisələrə görə məsuliyyəti bu işin təşkilatçıları, o cümlədən "Azadlıq" blokunun üzvləri daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG