Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:51

Azərbaycanda qarşıdurma təhlükəsi nə qədər realdır?


Səs: Real audio
«Seçkiqabağı yürüş-mitinqlərin keçirilməsinə qoyulan qadağalar prezidentin 11 may tarixli sərəncamına ziddir» Müxalifət deyir ki, hakimiyyət seçki prosesini güc müstəvisinə keçirir. Azərbaycan prezidenti İlham Əliyevsə müxalifəti "cibində daş gəzdirən" adlandırır.



Zorakılıq edən və ya etmək istəyən kimdir? Və ya qarşı tərəfi zorakılığa kim çəkir? Yaxud qarşıdurma ilə Azərbaycanda hansısa problemi həll etmək olarmı? O biri tərəfdən, istənilən zorakılıq seçkinin nəticələrinə kölgə salır. 2003-cü ildə olduğu kimi. Beynəlxalq aləmdən Qarabağ problemi kimi işi keçən və ya dünyaya inteqrasiya edən Azərbaycana bu lazımdırmı?



Söhbətdə iştirak edirlər:



- Hakim Yeni Azərbaycan partiyası Siyasi Şurasının üzvü Musa Quliyev;



- Demokrat partiyasının ideologiya katibi Aydın Quliyev;



- Politoloq Rasim Musabəyov



- Azərbaycanda qarşıdurma təhlükəsi nə qədər realdır?



Rasim Musabəyov: - Mənə elə gəlir ki, qarşıdurma ola bilər. Yada salmaq istərdim ki, 2000-ci il parlament seçkilərində kütləvi saxtakarlıqlar Şəkidə etirazlara gətirib çıxarmışdı. 2003-cü il seçkilərində də saxtakarlıqlara qarşı etiraz etmək üçün kütlə küçələrə çıxmışdı və bu, toqquşmalarla müşayiət olundu. Mən istisna etmirəm ki, bu seçkilərdə də ənənəvi kobud saxtakarlıqlar mövcud olsa, insanlar bunun qanuni yolla qarşısını almaq imkanında olmasa, etirazlar olacaq. Bu, Azərbaycanın beynəlxalq imicinə də böyük xələl gətirə bilər.



- Rəsul Quliyevin qayıdışı gərginlik yarada bilərmi?



Aydın Quliyev: - İstənilən bir ölkədə gərginlik yarada bilən əsas faktor hakimiyyətdə olan qüvvələrin ölkə konstitusiyasına və qanunlarına hörmət etməməsidir... Rəsul Quliyevə indiki hakimiyyət tərəfindən münasibət heç bir qanuna, konstitusiyaya, beynəlxalq normalara sığmır... "Rəsul Quliyevin Azərbaycana gəlişi gərginlik yaradacaq" fikri ilə mən razılaşmıram. Sadəcə, hakimiyyətin Rəsul Quliyevi həbs etmək fikrindən daşınmamasının özü böyük bir gərginliyin başlanğıcıdır.



Musa Quliyev: - Hər bir seçkiqabağı dövrdə tək Azərbaycanda yox, bir çox ölkələrdə iqtidarla müxalifət arasında bu cür gərginlik yaşanır. Amma mən düşünmürəm ki, Azərbaycanda seçkiqabağı, ya da seçkidən sonra çox ciddi, dövlətçiliyə xələl gətirə biləcək dərəcədə qarşıdurma olsun... O ki qaldı Rəsul Quliyevin gəlməsinə, o, da bir Azərbaycan vətəndaşıdır. Və istənilən Azərbaycan vətəndaşı kimi ölkəyə gələ bilər. Onu müvafiq güc strukturları, ya da prokurorluğun nə cür qarşılayacağı isə artıq qanunvericilik məsələsidir.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG