Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:45
Rubrikalar

«Bayva» hökumətlə üzülüşür


Səs: Real audio
«Seçkiqabağı yürüş-mitinqlərin keçirilməsinə qoyulan qadağalar prezidentin 11 may tarixli sərəncamına ziddir» - Gəncə və Əli Bayramlı elektrik şəbəkələrini idarə edən "Bayva" şirkəti onunla bağlanan müqavilənin ləğvi ilə bağlı Azərbaycan hökumətinə müraciət edib.



Şirkətdən "Azadlıq" radiosuna verilən məlumata görə, 46 rayonun paylayıcı elektrik şəbəkəsini idarəetməyə götürəndə şirkət investisiya ehtiyaclarını düzgün qiymətləndirməyib. Digər tərəfdən, "Bayva" istehlakçılarının əksəriyyəti işıq pulunu aşağı tariflə ödəyənlər, yəni əhali qruplarıdır.



- Qışda Bakı və Sumqayıtda işıq təminatı ilə bağlı problemlər yarana bilər.



"Barmek-Azərbaycan" şirkətinin prezidenti Hüseyn Arabul bunu "Azadlıq" radosuna verdiyi müsahibəsində deyib. Şirkətin normal işləməsinə imkan verilmədiyini deyən cənab Arabul bildirir ki, bank hesablarına həbs qoyulduğu üçün xarici ölkələrdən avadanlıqlar gətirə bilmirlər.



Vergilər Nazirliyi "Barmek–Azərbaycan"ı 17 milyard manat vergidən yayınmada ittiham edir. Bundan başqa, nazirlik hesab edir ki, 2002-2004-cü illərdə şirkət 25 milyard 370 milyon manat pulu Türkiyədə yerləşən «Barmek-Holdinq» şirkətinə köçürüb. Və həmin vəsaitdən Hüseyn Arabul öz müşaviri Ömər Günerə hər ay 30 min dollar məbləğində pul ödəyib. Digər tərəfdən, köhnə transformatorlar və çürümüş su borularından hazırlanmış elektrik dirəkləri şişirdilmiş qiymətlərlə istismara verilib.



Bu ittihamlarla bağlı bir ay əvvəl "Barmek-Azərbaycan"ın rəhbəri Hüseyn Arabul Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində beş saata yaxın dindirilib.



Cənab Arabul yaranmış vəziyyətlə bağlı prezident İlham Əliyevlə görüşmək istədiyini deyir.
XS
SM
MD
LG