Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:32

Stiven Mann: «Ermənistan və Azərbaycan eyni vaxtda qalib ola bilər»


Səs: Real audio
Amerikalı diplomat «hər iki tərəf daha çox yaradıcılıq göstərsə, daha yaxşı işləsə, biz irəliyə hərəkətımızı davam etdirəcəyik» - deyir Gələn həftə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, səfir Daniel Fridin başçılıq etdiyi nümayəndə heyəti Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Bu, səfir Fridin vəzifəsinə təsdiq olunduqdan sonra Azərbaycan, Gürcüstan və Ermənistana edəcəyi ilk səfərdir.



Səfər zamanı onu Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupundakı amerikalı həmsədr Stiven Mann müşayiət edəcək. Cənab Mann sülh prosesində yaranmış vəziyyətlə bağlı «Azadlıq» radiosuna müsahibə verib. Son aylar danışıqlar prosesində sakitlik hökm sürür. Müşahidəçilər bunu parlament seçkisilə bağlayır. Lakin həmsədr hesab edir ki, seçki prosesinin sülh danışıqlarına elə bir fundamental təsiri yoxdur: «Çunki danışıqlar uzunmüddətli prosesin bir hissəsidir».



Stiven Mann deyir ki, hazırda Azərbaycan və Ermənistan prezidentlərinin diqqəti ölkələrindəki seçkilərə yönəlib. «Biz müzakirələrin Azərbaycandakı parlament seçkisindən və Ermənistandaki referendumdan sonra davam edəcəyini gözləyirik» - deyə, bildirir.



Amerikalı diplomat deyir ki, Qarabağ sülh prosesi düzgün istiqamətdə hərəkət edir: «Tərəflər müzakirələrdə öz mövqelərində qəti dayansalar da, danışıqlarda yaxşı ab-hava görürük. Hər iki tərəf daha çox yaradıcılıq göstərsə, daha yaxşı işləsə, biz irəliyə hərəkətımızı davam etdirəcəyik».



Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri gələcək planlarını müzakirə etmək üçün oktyabrın 24-ü və 25-də Vaşinqtonda görüşəcəklər. Stiven Mann həmsədrlər arasında çox rahat əməkdaşlığın hökm sürdüyünü bildirir.



Beynəlxalq Böhran Qrupunun bu yaxınlarda tərəflərə təqdim etdiyi sülh təkliflərinə münasibət bildirən amerikalı həmsədr deyir ki, o, müxtəlif ideyaları alqışlayır.



Stiven Mann: «Danışıqlara gələndə, biz məxfiliyi gözləməliyik. Biz kompromislər olan müxtəlif variantları nəzərdən keçiririk. Mən inanıram ki, Ermənistan və Azərbaycan danışıqlardan eyni vaxtda qalib kimi çıxa bilərlər. Bu asan olmayacaq və çox ciddi danışıqlar tələb edəcək. Lakin buna baxmayaraq düşünürəm ki, bu hələ də mümkündür».



O, əlavə edir ki, sülh prosesinin dəstəklənməsi Azərbaycan və Ermənistan xalqlarının marağındadır. «Hər iki tərəf son il yarımda çox ciddi iş aparır. İnanıram ki, biz tərəqqi əldə edə bilərik. Ümid edirəm ki, hər iki ölkədə prosesi qabağa aparmaq üçün bizə dəstək verəcəklər» - deyə, diplomat fikrini yekunlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG