Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:24
Rubrikalar

Şəkidə şahmat üzrə beynəlxalq turnirə start verilir


Səs: Real audio
Milli Elmlər Akademiyasının həqiqi üzvü Eldar Salayev: «Eks-spiker həbs olunsa, ölkədə mütləq qarşıdurma yaranacaq» - Oktyabrın 15-də 23 yaşa qədər cüdoçular arasında ölkə çempionatının startı verilir. Üç gün davam edəcək çempionatda idmançılar 7 çəki dərəcəsində mübarizə aparacaqlar.



Çempionatın baş hakimi Ağayar Axundzadənin verdiyi məlumata görə, daha yaxşı nəticə göstərən cüdoçular yığmanın heyətinə cəlb edilərək noyabrın 17-dən 20-dək Ukraynada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.



- Oktyabrın 15-də Şəkidə qadın şahmatçılar arasında beynəlxalq turnirin startı veriləcək.



Yarışın baş hakimi Faiq Həsənovun verdiyi məlumata görə, turnirdə 7 ölkədən şahmatçılar iştirak edəcək. Onların arasında beşqat dünya çempionu Nona Qapriandaşvili, dünya çempionu Natalya Jukova da var. Yarışda Azərbaycanı iki şahmatçı – Elmira Əliyeva və Nərgiz Umudova təmsil edəcək. Turnirin mükavat fondu 9 min ABŞ dollarıdır. Birinci yer üçün 3 min dollar nəzərdə tutulub.



- Həftəsonu Rusiyada MDB və Baltikyanı ölkələrin qadın həndbol komandalarının peşəkar liqasının oyunları keçiriləcək. Yarışda Azərbaycanı ölkə çempionu ABU təmsil edəcək. Turnir Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədi daşıyır. Qitə çempionatının qrup yarışları gələn ay keçiriləcək.



- Oktyabrın 17-də Bosniya və Hersoqovinanın Mostar şəhərində futzal üzrə Avropa Çempionlar Liqasının qrup mərhələ oyunlarının startı veriləcək. Turnirdə Azərbaycanı ölkə çempionu – Naxçıvanın «Araz» komandası təmsil edəcək. Qitənin 32 klubu 8 yarımqrupda mübarizə aparacaq. «Araz» Hollandiyanın «De Hommel», Belçikanın «Kristal Noir» və yerli «Karaka» komandaları ilə eyni qrupda yarışacaq.
XS
SM
MD
LG