Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:06

Əli İnsanov: «Quş qripi» ilə bağlı heç bir fakt qeydə alınmayıb»


Səs: Real audio
Milli Elmlər Akademiyasının həqiqi üzvü Eldar Salayev: «Eks-spiker həbs olunsa, ölkədə mütləq qarşıdurma yaranacaq» Azərbaycanda «quş qripi» ilə bağlı heç bir hadisə qeydə alınmayıb. Səhiyyə naziri Əli İnsanov oktyabrın 14-də jurnalistlərlə görüşündə belə dedi. Onun sözlərinə görə, bu xəstəliyin daşıyıcıları köçəri quşlar olduğundan heç bir ölkə bu bəladan tam xilas olacağını söyləyə bilməz: «Ona görə də bütün vətəndaşlar bu məsələdə diqqətli olmalıdırlar».



Cənab İnsanov deyir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti məsələ ilə ciddi şəkildə məşğul olur. «Hətta Ovçular İdarəsi də bu işə qoşulub. Səhiyyə Nazirliyinin əsas vəzifəsi isə profilaktika və müalicə işidir» - deyə, nazir vurğulayır.



Oktyabrın 11-də ölkədə fəaliyyət göstərən quşçuluq fabrikləri rəhbərlərinin və baş baytar həkimlərin iştirakı ilə toplantı keçirilib. Həmin fabriklərin ciddi iş rejiminə keçməsiylə bağlı qərar qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG