Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:30

Baş prokuror Rəsul Quliyev üçün xüsusi kamera ayrıldığını deyir<p align=`left`><br><br>


Səs: Real audio
Milli Elmlər Akademiyasının həqiqi üzvü Eldar Salayev: «Eks-spiker həbs olunsa, ölkədə mütləq qarşıdurma yaranacaq» «Azərbaycanda təcridxanalar Avropa standartlarına uyğun vəziyyətdədir. Bayıl həbsxanasında eks-spiker Rəsul Quliyev üçün hər cür şəraiti olan xüsusi kamera ayrılıb».



Bunu Baş prokuror Zakir Qaralov oktyabrın 14-də jurnalistlərlə görüşündə dedi. Cənab Qaralov deyir ki, Rəsul Quliyev həbs olunandan sonra onun bütün hüquqları tam təmin olunacaq. Baş prokurorun fikrincə, son günlər oktyabrın 17-də vətəndaşların Bakı hava limanına toplaşması ilə bağlı edilən çağırışlar Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin Rəsul Quliyev üçün qurduqları tələdir: «Ancaq o tələyə onlar özləri düşəcəklər».



Z.Qaralov R.Quliyevin siyasi məhbus elan olunacağını istisna edir. Deyir ki, eks-spiker iqtisadi cinayətələrdə ittiham olunduğu üçün bu mümkün deyil.



ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu isə oktyabrın 14-də keçirdiyi mətbuat konfransında dedi ki, eks-spiker ona qarşı irəli sürülən ittihamlara cavab vermək, istintaqa komək etmək üçün Azərbaycana qayıdır: «Hakimiyyət onu qarşılamağa gedənlərə hər hansı təxribat törətsə, bunun məsuliyyətini də özü daşıyacaq».



Bu arada isə Milli Elmlər Akademiyasının həqiqi üzvləri Eldar Salayev və Midhəd Abbasov Səbayel Rayon Məhkəməsinə müraciət edərək ADP sədri, eks-spiker Rəsul Quliyev haqqında çıxarılmış həbs-qəti imkan tədbirini dəyişdirməyi xahiş ediblər. Onlar cənab Quliyevi zaminə götürməyə hazır olduqlarını da bildiriblər. Eldar Salayev: «Biz qarantiya veririk ki, o, heç yerə qaçmayacaq, belə olan halda isə istintaq öz işini aparmalıdır. Rəsul Quliyevin mütləq həbsxanada oturmasına ehtiyac yoxdur». Alimlər hesab edirlər ki, eks-spikerin Azərbaycana gəlişinə maneə törədilməsi və onun həbs edilməsi vətəndaş qarşıdurmasına təhrik edə bilər. «Rəsul Quliyev həbs olunsa, ölkədə mütləq qarşıdurma yaranacaq» - deyə, cənab Salayev vurğulayır.



Hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev xüsusilə küllü miqdarda dövlət əmlakını talamaqda təqsirləndirilir. Onun 36 saylı Xətai seçki dairəsindən deputatlığa namizədliyi qeydiyyata alınsa da, toxunulmazlıq hüququ ləğv edilib.



Eks-spikerin oktyabrın 17-də Bakıya gələcəyi deyilir. Hüquq-mühafizə orqanlarının rəhbərləri dəfələrlə onun Azərbaycan dönəcəyi təqdirdə həbs olunacağını bildiriblər.
XS
SM
MD
LG