Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:46

<i>«525-ci qəzet»</i>: «Rəsul Quliyevə qarşı növbəti ittihamların irəli sürüləcəyi gözlənilir»


Səs: Real audio
"Müsbət dəyişikliklərə baxmayaraq bəzi mühüm məsələlər həll olunmamış qalır" «525-ci qəzet»dəki «Rəsul Quliyevə qarşı növbəti ittihamların irəli sürüləcəyi gözlənilir» başlıqlı məqalədə bildirilir ki, ADP sədrinin Bakıya dönəcəyi gün yaxınlaşdıqca onunla bağlı hədələrin sayı da çoxalır. Qəzet yazır ki, eks-spikerə qarşı yeni ittihamlar irəli sürüləcək. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, artıq bununla bağlı cinayət işinin materialları da hazırdır.



Məlumata görə, cinayət işində qeyd olunur ki, 1992-ci ildə Rəsul Quliyevin imzaladığı müqavilələrə əsasən külli miqdarda neft və neft məhsulları Azərbaycandan qeyri-qanuni çıxarılıb.



«Üç nöqtə» qəzetindəki «Gələn il orta aylıq əmək haqqı 33,3 faiz artırılacaq» başlıqlı məqalədə Aqil Camal yazır ki, Maliyyə naziri Əvəz Ələkbərov Milli Məclisdə deputatların dövlət büdcəsində baş verən artımı yüksək dəyərləndirməsini təqdirəlayiq hal hesab edib. Millət vəkillərinin qaldırdıqları bir sıra məsələlərə öz münasibətini açıqlayan nazir, irəli sürülən təkliflərin bəzilərinin nəzərə alınacağını vəd edib. O qeyd edib ki, gələn ilin ortalarında orta aylıq əmək haqqının, o cümlədən minumum əmək haqqının 33, 3 faiz artırılması nəzərdə tutulub.



«Ayna» qəzetindəki «Qaz və elektrik enerjisi qıtlığını aradan qaldırmaq olar» başlıqlı məqalədə Aynurə Əhmədova yazır ki, Azərbaycanda xeyli ənənəvi yanacaq resursu var. Onların ən əhəmiyyətliləri təbii bitum və yanar şistlərdir. Məqalədə bildirilir ki, bunlardan alternativ yanacaq mənbəyi kimi istifadə edərək ölkədəki enerji qıtlığını aradan qaldırmaq olar. Qarşıdan qışın gəldiyini nəzərə alsaq indi bu məsələ xüsusilə aktualdır. Çünki bu il bölgələrin mavi yanacağa olan tələbatının cüzi hissəsinin ödənilməsi nəzərdə tutulub.



Hesablamalara görə, Azərbaycanda təbii bitum ehtiyatı 200 milyon tondan artıq, yanan şistlər isə 450 milyon tona yaxındır.
XS
SM
MD
LG