Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:28
Rubrikalar

Milli futbolun inkişafına dair Dövlət Proqramı təsdiq edilib


Səs: Real audio
Rayonun eyniadlı qəsəbəsinin bir qrup sakini qaz, işıq, su və yol problemləri həll olunmayacağı təqdirdə parlament seçkisinə qatılmayacaqlarını deyirlər - Oktyabrın 13-də Gənclərin 4-cü Forumu öz işinə başlayır. Gənclər, İdman və Turizm Nazirliyi mətbuat xidmətinin rəhbəri Raqif Abbasovun sözlərinə görə, bununla bağlı Bakı və bölgələrdə bir sıra idman tədbirləri keçiriləcək.



- Azərbaycan prezidenti oktyabrın 13-də "2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafı"na dair Dövlət Proqramını təsdiq edib



Azərbaycan futbol yığmasının baş məşqçisi Vaqif Sadıqovsa oktyabrın 13-dən yığma komandada fəaliyyətini dayandırıb. O, 2006-cı il dünya çempionatının qalan üç oyununa baş məşqçı təyin edilmişdi. Vaqif Sadıqov qeyd edib ki, onun AFFA ilə bağladığı müqavilənin vaxtı hələ sentyabrın 30-da başa çatıb.



- Almaniyada keçirilən pauerliftinq üzrə yarışlara start verilib. Azərbaycanı müxtəlif çəki dərəcələrində 4 idmançı təmsil edir. Yarışlar üç gün davam edəcək.



- Yaxın günlərdə Şəkidə beynəlxalq şahmat turnirinin keçirilməsi nəzərdə tutulur. Bu xəbəri Gənclər, İdman və Turizm Nazirliyindən almışıq.



- İngiltərənin Liverpul şəhərində yeniyetmə boksçular arasında dünya birinciliyinin ikinci günündə də azərbaycanlı boksçulardan biri döyüşü qələbə ilə başa vurub.



Bu yarışlarda Azərbaycanı 10 boksçu təmsil edir.
XS
SM
MD
LG