Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:51
Rubrikalar

Minimal istehlak səbəti təzədən hesablanıb


Səs: Real audio
Rayonun eyniadlı qəsəbəsinin bir qrup sakini qaz, işıq, su və yol problemləri həll olunmayacağı təqdirdə parlament seçkisinə qatılmayacaqlarını deyirlər - İqtisadi İnkişaf Nazirliyi və Dövlət Statistika Komitəsi minimal istehlak səbətinin hesablanması üzrə yeni metodika hazırlayıb. Sənəd 2006-cı il yanvarın 1-də qüvvəyə minəcək.



Bu barədə iqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib. Nazir qeyd edib ki, digər Qafqaz ölkələri ilə müqayisədə Azərbaycanda minimal istehlak səbətinin tərkibinə daha çox ərzaq məhsulları daxil edilib. Kalori ilə ifadə olunduqda bu rəqəm 2200 kkal-ə yaxındır.



Fərhad Əliyev bildirib ki, yaşayış minimumunun hesablanmasının əvvəlki metodikası ilə 2003-cü ilin yekunları üzrə bu göstərici 175 min manat, 2004-cü ilin yekunları üzrə 194 min manat təşkil edib. Bu ilin yekunları üzrə isə onun 250 min manat səviyyəsində olacağı gözlənilir.



Nazirin sözlərinə görə, gələcəkdə minimal əmək haqqı yaşayış minimumu göstəricisindən asılı olacaq. Yaşayış minimumunun 250 min manat olacağı təqdirdə minimal əmək haqqının da bu səviyyəyə çatdırılması üzrə tədbirlər həyata keçiriləcək.



- Bakıda Azərbaycan-Amerika hökumətlərarası işçi qrupunun həmsədrləri – Əvəz Ələkbərovla Tom Adamsın görüşü olub. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin hazırkı vəziyyəti, Azərbaycandakı makroiqtisadi durum, inflyasiya, iqtisadi islahatların gerçəkləşməsi prosesi müzakirə olunub. ABŞ-ın Azərbaycanda həyata keçirdiyi ictimai sərmayə layihələri də müzakirə mövzusu olub.



- Oktyabrın 13-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 594, 1 avro 5 505, 1 rubl isə 160 manatdır.
XS
SM
MD
LG