Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:19

Dövlət Departamenti Rəsul Quliyevin hüquqlarına hörmət etməyə çağırır<p align=`left`><br><br>


Səs: Real audio
Adam Ereli eks-spiker Rəsul Quliyevin Azərbaycana qayıdışına münasibət bildirib ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini qanunun aliliyinə və haqqında cinayət işi qaldırılmış istənilən şəxsin hüquqlarına hörmət etməyə çağırır.



Dövlət Departamenti bəyan edir ki, istənilən hüquqi iş beynəlxalq proseslərə uyğun, aşkarlıq şəraitində keçirilməlidir.



Bu fikirləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Adam Ereli ADP sədri, eks-spiker Rəsul Quliyevin Azərbaycana qayıdışı barədə suala cavab verərkən deyib. Cənab Ereli eks-spikerin Bakıya qayıdacağı barədə məlumatları eşitdiyini, ancaq bunu təsdiqləmək mövqeyində olmadığını bildirib.



Azərbaycanda siyasi proseslər barədə Birləşmiş Ştatlar rəsmisi söyləyib ki, iqtidar və müxalifət nümayəndələri dinc, qarşılıqlı hörmət və dialoq mühitində çalışmalı, mövcud proses və institutlar saxlanmalıdır.



Adam Ereli onu da bildirib ki, Dövlət Departamenti parlament seçkisinin nəticələrinin xalqın iradəsini əks etdirəcəyini gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG