Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 18:18

<i>«Üç nöqtə»</i>: «Əcnəbilərə uşaqların övladlığa verilməsi hallarının qarşısı tamamilə alınıb»


Səs: Real audio
Rino Harniş: «Müasir texnikanın bu son modelləri vasitəsilə baş verə biləcək təhlükələr daha tez müəyyən ediləcək» «Üç nöqtə» qəzetindəki «Əcnəbilərə uşaqların övladlığa verilməsi hallarının qarşısı tamamilə alınıb» başlıqlı məqalədə Rəşad Sadıqov yazır ki, Səhiyyə nazirinin müavini Elsəvər Ağayevin fikrincə, yalnız müvafiq komissiyaların və məhkəmənin qərarından sonra uşaqlar əcnəbilərə övladlığa verilə bilər.



Müəllif yazır ki, uşaqların övladlığa verilməsi məsələsi ilə bağlı yaradılan komissiyaların fəaliyyəti də hökumətin ciddi nəzarətindədir. Xarici İşlər Nazirliyi və digər hökumət qurumları bu sahədəki istənilən əyintilərə görə məsuliyyəti birgə bölüşəcəklər. Məqalədə həmçinin bildirilir ki, indiyə qədər baş verən belə halların kökünü kəsmək məqsədi ilə xeyli vəsait xərclənib.



«Ayna» qəzetindəki «Rəsul Quliyev beynəlxalq heyətlə gələcək» başlıqlı məqalədə Altay yazır ki, eks-spiker dönüşü ilə bağlı iqtidardakı komandadan da dəstək aldığını deyib. Amma onların adları barədə hələlik məlumat verməkdən imtina edib. Məqalədə bildirilir ki, cənab Quliyev bunu onları təhlükə qarşısında qoymamaq üçün etdiyini söyləyib. ADP lideri bildirib ki, oktyabrın 17-də Bakıda kifayət qədər ciddi hadisələrin baş verəcəyi gözlənilir.



Partiyanın funksioneri Qurban Məmmədov isə deyir ki, həmin gün ADP lideri şəhərin mərkəzində qarşılanacaq, onunla tərəfdarlarının görüşü keçiriləcək və bununla da ölkədə siyasi proseslərin dəyişdirilməsinə start verən hadisə başlaycaq.
XS
SM
MD
LG