Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:54
Rubrikalar

Qışda işıq problemə çevrilə bilər


Səs: Real audio
Rino Harniş: «Müasir texnikanın bu son modelləri vasitəsilə baş verə biləcək təhlükələr daha tez müəyyən ediləcək» - Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlinə dair hökumətlərarası saziş layihəsi artıq hazırdır və hər iki ölkənin başçılarına təqdim olunub.



Bu barədə Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev bildirib. O deyib ki, paralel olaraq Qazaxıstan neftinin BTC ilə nəqlinə dair tranzit sazişin hazırlanması üzrə də iş gedir. Saziş neftin sonradan BTC ilə nəql edilməsi üçün Aktau-Bakı sisteminin yaradılmasını nəzərdə tutur. İlkin mərhələdə BTC ilə 7.5, daha sonra isə 20 mln. ton Qazaxıstan neftinin daşınması planlaşdırılır.



- "Tədricən məmurların «Barmek-Azərbaycan» şirkətinə təzqiyləri güclənir və bu, şirkətin fəaliyyətinə mənfi təsir göstərir. Nəticədə qış aylarında abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsində problemlər yarana bilər".



Bu barədə «Barmek-Azərbaycan» şirkətinin prezidenti Hüseyn Arabul bildirib.



«Azərenerji» Səhmdar Cəmiyyətinin prezidenti Etibar Piriverdiyev bəyan edib ki, «Barmek» Azərbaycan hökuməti ilə bağladığı müqaviləyə əməl etmir, elektrik şəbəkəsinə lazımi qədər sərmayə qoymur və bu səbəbdən müqaviləyə yenidən baxılmalıdır. Bundan başqa, vergi orqanları şirkətdə yoxlamalar aparır. Maliyyə fırıldaqlarıyla bağlı ittihamları araşdırırlar. «Barmek» bu iddiaları qəbul etmir. Türkiyə şirkəti olan «Barmek» Bakı, Sumqayıt və şimal bögəsini elektrik enerjisiylə təmin edir.



Oktyabrın 12-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 595, 1 avro 5 504, 1 rubl isə 160 manatdır.
XS
SM
MD
LG