Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:13

ABŞ səfiri: «Xəzərdə daha müasir radar və kompüterlər quraşdırılacaq»<p align=`left`><br><br>


Səs: Real audio
Rino Harniş: «Müasir texnikanın bu son modelləri vasitəsilə baş verə biləcək təhlükələr daha tez müəyyən ediləcək» «Yaxın vaxtlarda Azərbaycanın hərbi-dəniz qüvvələri üçün daha da təkmil radar və kompüterlər quraşdırılacaq».



Oktyabrın 12-də Bakıda "Xəzər və Qara dəniz regionunda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması" mövzusunda keçirilən beynəlxalq konfransda ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş belə dedi. Onun sözlərinə görə, müasir texnikanın bu son modelləri vasitəsilə baş verə biləcək təhlükələr daha tez müəyyən ediləcək: «Hansı ölkədən olmasına baxmayaraq Azərbaycan üçün təhlükə yarada biləcək qüvvələr dəf olunacaq».



Cənab Harniş əlavə edib ki, Bakıda qurulmuş stansiyadan Xəzərin istənilən nöqtəsində kütləvi qırğın silahları aparan gəmilər görünür. «Onun saxlanması üçün qabaqlayıcı xəbərdarlıq verilə bilir» - deyə, o vurğulayıb.



Azərbaycan Sərhəd Xidmətinin rəis müavini Fərhad Tağızadə isə bildirib ki, kütləvi qırğın silahlarının texnologiyalarının və komponentlərinin yayılmasının qarşısının alınması regionun təhlükəsizliyinə xidmət edir: «Xəzərdə belə yüklər daşıyan gəmiləri saxlamaq üçün Sərhəd Xidmətinin mobil qrupları var».



Oktyabrın 12-də Bakıda "Xəzər və Qara dəniz regionunda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması" mövzusunda beynəlxalq konfrans başlayıb. ABŞ Dövlət Departamentinin dəstəyilə keçirilən tədbirdə Azərbaycan, ABŞ, Gürcüstan, Bolqarıstan, Qazaxıstan, Moldova, Rumıniya, Türkiyə və Ukraynadan nümayəndə heyətləri iştirak edir. Konfrans oktyabrın 13-də işini yekunlaşdıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG