Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:06

«Bizim soy» qəzetinin əməkdaşı zorakılığa məruz qaldığını deyir


Səs: Real audio
Nizami Rayonu 20-ci Polis Bölməsinin rəis müavini Vidadi Əhmədovsa Elçin Abdullayevin deputatlığa namizədin şərəf və ləyaqətini təhqir etdiyini söyləyir Oktyabrın 12-də gecə Nəsimi Rayon 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanan «Bizim soy» qəzetinin əməkdaşı Elçin Abdullayevə (Səlcuq) qarşı hələlik tutma protokolu tərtib olunmayıb. Bu barədə məlumatı «Azadlıq» radiosuna onun vəkili Afət Qazıyeva verdi. Vəkilin sözlərinə görə, bir sutkadan artıq polis bölməsində və məhkəmə binasında saxlanan jurnalistin nədə müqəssir bilindiyi məlum deyil.



Elçin Abdullayev özü isə baş verənlər haqqında «Azadlıq» radiosuna açıqlamasında dedi ki, «Bizim soy» qəzetinin xüsusi buraxılışını nəşriyyatdən çıxararkən mülki geyimdə bir neçə şəxsin fiziki zorakılığına məruz qalıb. Onun sözlərinə görə, həmin şəxslər 124 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd Rövnəq Abdullayevin yaxın adamları olduqlarını söyləyiblər.



Nizami Rayonu 20-ci Polis Bölməsinin rəis müavini Vidadi Əhmədovsa jurnalistin Rövnəq Abdullayevin şərəf və ləyaqətini təhqir etdiyini deyir.



Deputatlığa namizəd Rövnəq Abdullayev isə oktyabrın 12-də keçirdiyi mətbuat konfransında E.Abdullayevin ona yaxın adamlar tərəfindən döyülməsi haqda deyilənləri təkzib edib. Deputatlığa namizəd deyib ki, «Bizim soy» qəzetində çap olunan məqalədə onun terrorçu «PKK» təşkilatına yardımlar etməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar çap edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG