Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:38

Xalqı prezidentdən uzaqlaşdırırlar


Səs: Real audio
Azərbaycanda qışlamağa gələn köçəri quşlarda «quş qripi» xəstəliyinin olub-olmaması müəyyən ediləcək Şikayətçilərin böyük əksəriyyəti canlı səddi keçə bilmir



Dövlət başçısının rayonlara hər səfəri zamanı ona yaxınlaşıb dərdini demək, məktub vermək üçün ətraf rayonlardan da gələnlər az olmur. Lakin onların heç də hamısı istəyinə nail ola bilmir. Belə ki, həmin şikayətçilərin böyük əksəriyyəti polis əməkdaşlarının, eləcə də icra strukturları nümayəndələrinin əhali qarşısında yaratdığı canlı səddi keçə bilmir. Kənardan hay-küy salıb prezidentin diqqətini cəlb etməklə ona məktub vermək imkanı qazanmağa çalışanlar isə həmin yerdən uzaqlaşdırılır. Belə mənzərə Gəncədə də diqqəti cəlb edirdi.



Ancaq bu o demək deyil ki, polislər prezidentə yaxınlaşmağa can atanların hamısını "zərərsizləşdirə" bilirdilər. Elə şikayətçilər var idi ki, onlar daha əlverişli məqam gözləməyə üstünlük verirdilər. Belələri prezident əhali ilə görüşmək üçün adamlara bir az da yaxınlaşanda hərəkətə keçirdilər. Taktika özünü müəyyən qədər doğruldurdu.



Şikayətlərin İlham Əliyevə çatdırılmasının ən sakit variantı isə məktubları dövlət başçısının nümayəndələrinə verməkdir. Canlı səddi keçmək imkanı ümumiyyətlə, olmayanlar öz məktublarını mühafizə dəstəsinin işçilərinə verirlər. Müşahidələrdən aydın olur ki, həmin məktublar həqiqətən də prezidentin xüsusi nümayəndələrinə çatdırılır. Ancaq məktublarının dövlət başçısına çatacağına şübhə ilə yanaşanlar da az deyildi. O ki qaldı həmin məktublara necə baxılacağı məsələsinə, İlham Əliyev həmişə bütün bölgələrdə şikayətlərin obyektiv araşdırılacağına söz verir.



Şikayətçilər bölgələrdə prezidenti həvəslə qarşılayır, onun özündən heç bir narazalıq etmirlər. Əhali yoxsulluqdan və işsizlikdən, müalicə üçün dərman ala bilməməkdən narazılıq etsə də, əsas şikayətlər icra strukturları, məhkəmə orqanları və s. bu kimi sahələrdə məmur özbaşınalığından olur. Bakıda da şikayətləri cavabsız qalan sakinlər prezidentin hansısa rayona səfər edəcəyindən xəbər tutduqda özbaşınalıqdan şikayətlənmək üçün ora yollanırlar. Belə hallar Gəncə və Qazaxda da özünü büruzə verirdi.



Ancaq prezidentin baş çəkdiyi sahələrə toplaşanların heç də hamısı şikayət üçün gəlmir. İmkan düşəndə İlham Əliyevə yaxınlaşıb onun siyasətini dəstəklədiyini bildirənlər də az olmur. Bununla yanaşı, əlbəttə ki, mərasimin tez başa çatmasını səbirsizliklə gözləyənlər də gözə dəyir. Qazax rayonunda – Müalicə–Diaqnoztika Mərkəzinin təməlqoyma mərasimi zamanı bir neçə dəfə tədbir başa çatmamış getmək istəyənlərin geri qaytarılmasının şahidi olduq. Yerli icra strukturlarının nümayəndələri və nəzarətçilər belələrindən qayıdıb sona qədər dayanmağı tələb edirdilər.



Son vaxtlar prezidentin bölgələrə səfəri zamanı yeni bir tendensiya özünü büruzə verməkdədir. Dövlət başçısının gözlənildiyi obyektdə quraşdırılmış səsgücləndiricilər vasitəsilə müxtəlif mahnılar səsləndirilir. Bu mahnılar prezidentin və ya yerli icra başçısının çıxışı zamanı kəsilir. Çıxış bitdikdən və prezident getməyə hazırlaşanda, mahnı yenidən başlayır. Bu isə kənardan prezidenti səsləyənləri eşidilməz edir.



Prezidentin rayonlara səfəri zamanı yerli strukturları narahat edən əsas məqamlardan biri isə İlham Əliyevin əvvəlcədən müəyyən olunmamış yerdə gözlənilmədən maşını saxlatdırıb düşməsidir. Çünki həmin vaxt şikayətlərin qarşısını almaq xeyli çətinləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG