Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:30

<i>«Ayna»</i>: «NATO-dan sürətli hərbi islahatlar tələbi!»


Səs: Real audio
Britaniyalı deputat «müxalifət onları əzmək üçün hakimiyyətə bəhanə verməməlidir» deyir «Bakı-Xəbər» qəzetindəki «17 oktyabr - Rəsul Quliyev gəlir» başlıqlı məqalədə Razi Tağı yazır ki, bu gəlişlə bir çox hadisələr baş verəcək. Məqalədə bildirilir ki, Rəsul Quliyev ölkədə və ölkə ətrafında cərəyan edən proseslərə rəğmən hakimiyyəti düzgün yola dəvət edib, artıq İlham Əliyevin də razılığını alıb. Müəllif yazır ki, indiki iqtidar ABŞ və Avropa ilə razılaşdırılmış şəkildə hakimiyyəti Rəsul Quliyevə vermək üçün onun gəlişinə şərait yaradır. Başqa bir ehtimala görə isə, ADP liderini qarşılayanlar arasında hakimiyyət fiqurlarının və çoxlu sayda YAP-çının olacağını gözləmək olar. Hakimiyyət daxilində parçalanmış qüvvələrin də bu sırada olacağı istisna deyil. Müəllifə görə, bütün bu qüvvələr eks-spikerin Bakıya dönüşü zamanı onun həbs olunmasına imkan verməyəcək.



«Ayna» qəzetindəki «NATO-dan sürətli hərbi islahatlar tələbi!» başlıqlı məqalədə Cəsur Sümərinli yazır ki, hazırda Bakıda səfərdə olan Almaniya, Türkiyə, ABŞ və Böyük Britaniyadan olan hərbi ekspertlər Azərbaycanın silahlı qüvvələrində həyata keçiriləcək irimiqyaslı islahatların konturlarını cızırlar. Bu barədə həbri qaynaqlardan məlumat aldığını bildirən müəllif yazır ki, məlumatlara görə, söhbət Azərbaycanın NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət planının yerinə yetirilməsindən gedir.



Məqalədə bildirilir ki, Azərbaycanın NATO-ya inteqrasiyasını nəzərdə tutan konkret proqram var ki, bu da özündə iki mərhələni əks etdirir. Birinci mərhələdə silahlı qüvvələrin 2007-ci ilin sonuna qədər Qərb standartlarına uyğunlaşdırılması nəzərdə tutulur. İkinci mərhələdə isə ölkənin ümumilikdə həm siyasi, həm iqtisadi, həm də sosial baxımdan Avroatlantik məkanın tələbinə uyğunlaşdırılması əsas məqsəddir.
XS
SM
MD
LG