Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:27

Dialoqa şans qalıbmı?


Səs: Real audio
«Azad Avropa/Azadlıq» radiosunun prezidenti həm hökumət, həm də müxalifətin mediada qarayaxmayla məşğul olduğunu deyir Tərəflər dialoqdan tamamilə əllərini üzməsələr də, bunun gerçəkləşəcəyinə olan inam getdikcə azalmaqdadır



Beynəlxalq qurumların icazəsiz aksiyalar zamanı yaşanan gərginlikdən sonra hakimiyyət və müxalifəti dialoqa dəvət etməsi bu mövzunu yenidən gündəliyə gətirib. Əslində isə, tərəflər dialoqdan tamamilə əllərini üzməsələr də, bunun gerçəkləşəcəyinə olan inam getdikcə azalmaqdadır.



«Azadlıq» bloku ilə aparılan danışıqlarda hakim Yeni Azərbaycan partiyasını təmsil edən, millət vəkili Mübariz Qurbanlı deyir ki, mərkəzi meydanlarda kütləvi aksiyalarla bağlı heç bir dialoqdan söhbət belə gedə bilməz. Çünki onlar Bakı şəhər İcra Hakimiyyətinə bununla bağlı göstəriş verə bilməzlər.



Mübariz Qurbanlı deyir ki, onlar müxalifətlə bütünlükdə dialoqdan imtina etmirlər. Qarabağ, siyasi-iqtisadi islahatlar mövzusunda istənilən qədər oturub müzakirələr aparmağa hazırdırlar.



Müsavat başqanı İsa Qəmbər isə deyir ki, «Azadlıq» bloku hakimiyyətlə bütün mövzularda dialqa hazırdır. Onun sözlərinə görə, onlar heç də kütləvi aksiyalarla bağlı əvvəllər təklif etdikləri 6 marşurutda da israr etmirlər: "Sadəcə, hakimiyyət daha münasib vaniantlar təklif edib öz xalqı ilə kötəklə danışmaq ənənəsindən əl çəkməlidir".



Dialoqun baş tutmayacağı təqdirdə ölkədə siyasi proseslərin inkişafını da tərəflər müxtəlif cür izah edir.



Yeni Azərbaycan partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyir ki, dialoq olmasa da, ölkədə sabitlik pozulmayacaq. Onun sözlərinə görə, «Azadlıq» bloku cəmiyyətin yalnız çox kiçik bir hissəsini özündə birləşdirir: "Odur ki, onlar sabitliyi pozmaq gücdə deyillər".



Müsavat başqanı İsa Qəmbər isə deyir ki, onlar bu seçkilərin bütün hallarda saxtalaşdırılmasına imkan vermək niyyətində deyirlər: "Biz sona qədər mübarizə aparacağıq".



Müstəqil ekspert Pərviz Əhmədov isə deyir ki, dialoqun baş tutmaması istər ölkədəki siyasi qüvvələrə, istərsə də bütünlükdə dövlətin özünə yaxşı heç nə vəd etmir. Onun sözlərinə görə, dialoq baş tutmayacaqsa, hakimiyyət yenə də seçkiləri əvvəlki qaydalarla keçirmək istəyəcək. Ancaq iqtidar iki il əvvəl olduğu kimi güclü olmadığından bunu nə beynəlxalq aləmə, nə də yerli ictimaiyyətə həzm etdirə biləcək.



Bununla belə, Pərviz Əhmədov Azərbaycanda Ukrayna və Gürcüstan variantlarının təkrarlanacağına da o qədər də inanmır. O hesab edir ki, bu variantların gerçəkləşməsi üçün müxalifət istənilən gücdə deyil. Əksinə, dialoqun baş tutmaması və seçkilərin saxtalaşdırılması əhalidə böyük ruh düşkünlüyü yarada bilər.



Cənab Əhmədov deyir ki, bu fikirlər onun seçkilərə təqribən 1 ay qalmış verdiyi qiymətdir. Ancaq bu bir ayda tərəflərdən hansısa biri vəziyyəti öz xeyrinə də dəyişə bilər.



"Hüquq və İnkişaf" İctimai Birliyinin sədri Hafiz Həsənov da hesab edir ki, dialoqun baş tutmaması seçkilərin saxtalaşdırılmasına və ölkədə anti-demokratik bir şəraitin formalaşmasına gətirib çıxara bilər. Hafiz Həsənov «Azadlıq» blokunun kənarda qalacağı təqdirdə başqa müxalif qüvvələrin müəyyən sayda mandat ala biləcəklərini də istisna etmir. Ancaq onun sözlərinə görə, həmin mandatların sayı o qədər kiçik ola bilər ki, bu, nəinki demokratik bir parlamentin formalaşması üçün kifayət etməz, üstəlik, bunun görüntüsünü də yaratmaq xeyli çətinləşər.



Hafiz Həsənov deyir ki, vəziyyətin idarəedilməz həddə çatmaması üçün tərəflər yenidən bir araya gəlməlidirlər. Onun sözlərinə görə, əgər tərəflər seçkilərin azad və əda

Günün bütün mövzuları

XS
SM
MD
LG