Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:55

İlham Əliyev: «Sabitliyin pozulmasına imkan verilməyəcək»


Səs: Real audio
13 mitinqçi haqqında 10 günlük inzibati həbs qərarı çıxarıldığı deyilir «Ölkədə sabitliyin pozulmasına heç cür imkan verilməyəcək. Bunu etmək istəyənlərin qarşısı alınacaq».



Bunu oktyabrın 11-də prezident İlham Əliyev Gəncədə əhalinin qarşısında çıxış edərkən bildirdi. O, tikilməkdə olan Gəncə hava limanına baş çəkdi. Limanın inşasının 2006-cı ilin mayına qədər başa çatdırılması nəzərdə tutulur. Cənab Əliyev həmçinin keçmiş prezident Heydər Əliyevin abidə - muzey kompleksinə baş çəkdi, regional müalicə - diaqnostika mərkəzinin təməlqoyma mərasiminə qatıldı.



Polis və yerli icra hakimiyyəti orqanının əməkdaşları prezidentə məktub çatdırmaq istəyən şəxslərin ona yaxınlaşmasına imkan vermədilər.
XS
SM
MD
LG