Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:29

<i>«Yeni Müsavat»</i>: «Növbəti mitinq oktyabrın 16-da olacaq»


Səs: Real audio
13 mitinqçi haqqında 10 günlük inzibati həbs qərarı çıxarıldığı deyilir «Üç nöqtə» qəzetindəki «Oktyabrın 11-də ölkəmizə yeni 50 minliklər gətiriləcək» başlıqlı məqalədə Rəşad Sadıqov yazır ki, oktyabrın 25-də isə əlavə 750 milyard manatın gətirilməsi planlaşdırılır.



Məqalədə bildirilir ki, Milli Bank bu addımı ölkədə yaranan manat qıtlığının qarşısını almaq üçün edir. Bankda hesab edirlər ki, yeni manatlar ölkəyə gətirildikdən sonra Azərbaycanda manat qıtlığı hiss edilməyəcək. Məqalədə bildirilir ki, ölkəyə gətirilən vəsaitin həcmi 250 milyard yeni manat həcmində olacaq.



«Xalq Cəbhəsi» qəzetindəki «Rəsul Quliyevin fırıldaqçı ortağı həbs olundu» başlıqlı məqalədə Raifə Həsənova yazır ki, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları Moskva Dövlət Universitetinin hüquq fakultəsinin beynəlxalq mərkəzinin direktoru Tamerlan Həsənovu həbs ediblər.



Məqalədə bildirilir ki, 1992-ci ildə bir neçə kommersiya şirkətinə rəhbərlik edən bu şəxs digər cinayət ortaqları ilə birgə Azərbaycanın 10 milyon dollar həcmində büdcə vəsaitini mənimsəməkdə iştirak edib. Müəllif hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata əsaslanıb yazır ki, Moskvada həbs edilən iş adamı eks-spiker Rəsul Quliyevin neft alverində aralıq funksiyanı icra edib.



«Yeni Müsavat» qəzetindəki «Növbəti mitinq oktyabrın 16-da olacaq» başlıqlı məqalədə Leyla Əliyeva yazır ki, bu haqda «Azadlıq» seçki blokunun Mitinq Komitəsi (MK) qərar qəbul edib. Məlumatı qurumun rəhbəri Arif Hacılıdan aldığını vurğulayan müəllif onu da bildirir ki, bundan sonra aksiyanın gününü müəyyən etmək səlahiyyətini MK blokun liderlərinə verib. Bu mənada cənab Hacılı bildirir ki, komitədə qəbul olunan qərarın dəyişməsi də mümkündür.
XS
SM
MD
LG