Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:50

Pakistan zəlzələsi Bakıda olarsa...


Səs: Real audio
13 mitinqçi haqqında 10 günlük inzibati həbs qərarı çıxarıldığı deyilir Aparılan yoxlamalar göstərir ki, istehsal olunan beton konstruksiyaların əksər hissəsini qum təşkil edir



BMT-nin ehtimalına görə, Pakistanda zəlzələdən ən azı 30 min adam ölüb, 40 min isə yaralanıb. Maraqlıdır ki, hündür beton binalar da zəlzələyə davam gətirməyib.



Bir neçə il əvvəl zəlzələ dəhşətini yaşayan Bakıda adamları həmişə maraqlandıran bir sual təkrar aktuallaşıb: yeni tikilən binalar güclü zəlzələyə dözə bilərmi?



Sözsüz ki, narahatlığa əsas var. Ancaq bu narahatlıq daha çox binalara sərf edilən tikinti materiallarının keyfiyyətindən deyil, mövcud texnologiyalara necə əməl olunmasındandır.



Qaradağ Sement Zavodu mətbuat xidmətinin rəhbəri İsgəndər Sərdarlı deyir ki, binaların zəlzələyə davamlılığı və ümumiyyətlə, təhlükəsizliyi məsələsində beton istehsalı əsas şərtlərdəndir. Onun sözlərinə görə, zavodun satış və marketinq şöbəsi Azərbaycanda betonun monitorinqini aparıb və məlum olub ki, beton lazımı səviyyədə istehsal olunmur:



"Azərbaycanda sementin keyfiyyətinə nəzarət sistemi mövcud olsa da, quma, çınqıla nəzarət yoxdur. Ancaq söhbət təkcə betona sərf olunan qumun, çınqılın keyfiyyətli olması ilə yekunlaşmır. Əsas şərtlərdən biri də betonun özünün müəyyən olunmuş normalar əsasında hazırlanmasıdır. Qaradağ Sement Zavodu sementin keyfiyyətinə cavab verir. Betonun keyfiyyəti isə onu istehsal edən şirkətdən asılıdır".



Cənab Sərdarlının sözlərinə görə, hər il Qaradağ Sement Zavodunun mütəxəssisləri İqtisadi İnkişaf Nazirliyinin antiinhisar idarəsi, hüquq-mühafizə orqanları, Vergilər Nazirliyi və digər müvafiq orqanların əməkdaşları ilə birgə bazarda yerli və xarici malların monitorinqini aparır. Dövlət və müstəqil laboratoriyaların gəldiyi nəticələr onu göstərir ki, satışda saxta sementlər də kifayət qədərdir. Bu sementlərin bir hissəsi xarici markalar olsa da, əslində, Azərbaycanın özündə doldurulur. Tərkibi isə əsasən sementə oxşar qatışıqlardan ibarət olur. Əksər hallarda belə mallar bazardan çıxarılıb. Onları hazırlayanlara qarşı müvafiq tədbirlər görülüb.



Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə deyir ki, tikilən binaların təhlükəli olub-olmaması əhalini çox narahat edir. Bununla bağlı onlara edilən zənglərdə insanlar daha çox sementin, qumun, armaturun kefiyyətini, onların lazımi qaydada istifadə edilib-edilməməsini soruşurlar. Aparılan yoxlamalar göstərir ki, istehsal olunan beton konstruksiyaların əksər hissəsini qum təşkil edir.



Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda müstəqil ekspertiza olmadığı və armatur istehsalçıları böyük inhisarçı qurumlar olduqları üçün onların işini, məhsulun keyfiyyətini araşdırmaq mümkün deyil.



Cənab Hüseynovun fikrincə, yaxşı olar ki, mənzil alan şəxslər onu satan tərəflə müqavilə bağlasınlar. Binanı satan tərəf öz üzərinə müəyyən öhdəliklər götürməlidir. Əgər həmin əmlaka tikən tərəfdən bank zəmanəti verilsə – əmlak sığortalansa, alıcılar da ürəklənər. Etibarlı şirkətlərin müştəriləri də artar. İndiki şəraitdə isə Azərbaycan istehlakçıları mənzil almaqla çox böyük risk edirlər.



Dövlət Standartlaşdırma Agentliyinin aparıcı məsləhətçisi Ələkbər Əliyev isə deyir ki, Azərbaycanda tikinti materialı istehsal edən tanınmış firmalar var. Ancaq eyni zamanda onların adından oğurluq mal istehsal edib satanlar da var. Standartlaşdırma idarəsi həmin firmaların məhsullarının keyfiyyətini mütəmadi yoxlayır və standartlara uyğun g
XS
SM
MD
LG