Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:27

İqtidarla müxalifət prinsipə düşüb


Səs: Real audio
13 mitinqçi haqqında 10 günlük inzibati həbs qərarı çıxarıldığı deyilir "Azadlıq" bloku Bakının mərkəzində mitinq keçirməyə cəhd göstərir, polis isə dağıdır



Son hadisələr həm müxalifətin, həm də iqtidarın öz mövqelərində qətiyyətli olduğunu göstərir. Sentyabrın 25-dən etibarən AXCP, ADP və Müsavatı birləşdirən "Azadlıq" bloku "28 May" metrosu qarşısında mitinq keçirməyə cəhd göstərir, polis bu aksiyanın icazəsiz olduğunu deyərək onu dağıdır, xəsarət alanlar olur. Oktyabrın 9-da isə əvvəlki aksiyalarla müqayisədə daha çox yaralanan olduğu bildirilir.



Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov müxalifətin son yürüş-mitinqindən bir gün əvvəl deyirdi ki, müxalifətin aksiyalarına icazə artıq bir prinsip məsələsinə çevrilib. Onlar şəhərin mərkəzində etiraz aksiyası keçirməkdə israr edirlər, baxmayaraq ki, hökumət müxalifətə şəhər kənarında bir neçə meydan təklif edir.



AXCP lideri Əli Kərimli isə "Azadlıq" blokunun hər həftə şəhərin mərkəzində yürüş-mitinq keçirəcəyini bildirib.



Müsavat partiyası başqanının müavini Arif Hacılı hakimiyyətə heç bir şeyi sübut etmək məqsədləri olmadığını, sadəcə, qanun çərçivəsində mitinq keçirmək üçün müraciət etdiklərini deyir:



"Biz onların dediyi ilə razılaşmalı deyilik, onlar da bizim dediyimizlə razılaşmalı deyillər. Bütün məsələləri tənzimləyən qanunlar var. Ümumiyyətlə, cəmiyyətin idarə olunması qanunlar və konstitusiyaya görə olmalıdır. Biz qanuna uyğun olaraq müraciət edirik və əslində, hakimiyyət bizə yer təklif etməməlidir. Biz onlara yer təklif etmişik. Və hakimiyyət dairələrinin seçimi olsun deyə, yəni onlar bunu bir prinsip kimi başa düşməsinlər deyə, biz kütləvi aksiyalar üçün altı meydan göstərmişik. Bu meydanların üçündə, məsələn, Füzuli meydanında, Elmlər Akademiyası və Nərimanov kinoteatrı qarşısındakı meydanlarda əvvəllər kütləvi aksiyalar keçirilib".



Arif Hacılı müxalifətin hələ də iqtidarla dialoq tərəfdarı olduğunu deyir. Onun bildirdiyinə görə, müxalifətin hər həftə yürüş-mitinqlər keçirməkdə məqsədi demokratiya uğrunda mübarizə, hakimiyyətin qanun çərçivəsində işləməsinə nail olmaqdır.



YAP-dan Aydın Mirzəzadə isə iqtidarın qanun çərçivəsində hərəkət etdiyini, əksinə, müxalifətin növbəti mitinqin yerini açıqlamamaqla hökuməti təxribata çəkdiyini deyir:



"Hakimiyyət orqanları əlbəttə ki, qanunun aliliyini gözləməlidirlər. Və burada artıq müxalifətin hərəkətləri gəmidə oturaraq, gəmini silkələməklə onu ya batırmağa, yaxud da ki, zorla da olsa, gəmi sükanını ələ keçirmək cəhdlərinə bənzəyir. Bununla əgər müxalifət hesab edirsə ki, ictimai dəstək qazanır, o, çox böyük səhv edir".



Hər dəfə müxalifətlə iqtidar yürüş-mitinqin yeri barədə mübahisə edəndə, hər iki tərəf "Sərbəst toplaşma azadlığı haqqında" qanuna istinad edir. Müxalifət nümayəndələri deyir ki, onların bu qanunda təsbit olunmuş haqları pozulur, iqtidar nümayəndələrinin gətirdiyi başlıca arqument isə ictimai asayişin pozulmasının qarşısını almaqla bağlı olur. Əslində, hər iki tərəfin qanunla hərəkət etdiyi görünür.



Müstəqil politoloq Zərdüşt Əlizadə isə Azərbaycan iqtidarı və müxalifətinin öz mövqeyində israrlı olmasının səbəbini tərəflərin ölkənin sərvətlərini bölüşdürmək uğrunda mübarizə aparmasıyla izah edir:



"Bu onu göstərir ki, ortada çox böyük bir qənimət var. Bu, Azərbaycanın neft gəlirləri və korrupsiya bazarıdır".



Zərdüşt Əlizadə deyir ki, Azərbaycanda heç bir iqtidar dövründə koalisiya barədə razılıq olmayıb, buna görə də məsələnin yalnız zor yoluyla həlli mümkün görünür.



Müxalifətin

Günün bütün mövzuları

XS
SM
MD
LG