Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:53

Ramil Usubov: «Müxalifət növbəti qarşıdurmaya hazırlaşır»


Səs: Real audio
13 mitinqçi haqqında 10 günlük inzibati həbs qərarı çıxarıldığı deyilir «Azadlıq» seçki blokuna üzv olan partiyalar keçirdikləri aksiyalarda polislə vətəndaşlar arasında ciddi qarşıdurmalar yaratmaq istəyirlər. Onlar növbəti belə qarşıdurmanı Rəsul Quliyevin Bakıya gəlməsi ilə bağlı törətməyə hazırlaşırlar».



Bunu Daxili İşlər naziri Ramil Usubov oktyabrın 10-da ADP sədri, eks-spiker Rəsul Quliyevin Bakıya qayıtması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.



«Azadlıq» blokuna daxil olan Demokrat, Müsavat və Xalq Cəbhəsi partiyalarının oktyabrın 9-da keçirdiyi icazəsiz yürüş-mtinqdə saxlanan 300 nəfərdən 13-ü haqqında Səbayel, Əzizbəyov, Nəsimi və Nizami rayon məhkəmələrində 10 günlük inzibati həbs qərarı çıxarılıb.



Blokun Mərkəzi Seçki Qərərgahından Fəhmin Hacıyevin verdiyi məlumatda belə deyilir. Cənab Hacıyevin sözlərinə görə, Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında aksiyada xəsarət alan 40 müxalifət fəalı ilkin tibbi yardımdan sonra evlərinə buraxılıblar.



Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görəsə mitinq zamanı 28 nəfər saxlanıb və sonradan azad edilib.



Qarşıdurmalarda 11 polis əməkdaşının müxtəlif dərəcəli bədən xəsarəti aldığı deyilir.
XS
SM
MD
LG