Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:50

«Antinarkotizm» karikatura müsabiqəsi


Səs: Real audio
Həkim İdrak Abbasovun səhhətinin normal olduğunu deyir Oktyabrın 11-də gənclər arasında "Antinarkotizm" mövzusunda karikatura müsabiqəsinə təqdim olunan rəsmlərin sərgisi keçiriləcək. Əsərlərin nümayişi Səttar Bəhlulzadə adına Rəsm Qalereyasında olacaq.



Gənclər, İdman və Turizm Nazirliyinin uşaq və gənclərlə iş üzrə şöbə müdiri Fərhad Hacıyevin sözlərinə görə, əsas məqsəd narkotiklərin insan orqanizminə vurduğu ziyanı gənclərin dili ilə çatdırmaqdır:



"İstərdik ki, bu bəlanı ictimaiyyətə və gənclərin özünə gənclərin gözü ilə göstərək".



Fərhad Hacıyevin sözlərinə görə, müsabiqəyə təqdim olunan 200 əsərin hər biri sərgidə nümayiş etdiriləcək. Sərgi zamanı müsabiqənin qalibləri də mükafatlandırılacaq. Sərgidə hər kəs iştirak edə bilər.
XS
SM
MD
LG