Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:02
Rubrikalar

Gec də olsa, baba Maqomayev anıldı


Səs: Real audio
İlham Əliyev Pərviz Müşərrəfə başsağlığı verib Bu «İz»də:



- Azərbaycan mədəniyyətində Müslüm Maqomayevin izinə düşəcək;



- Musiqi Mədəniyyəti muzeyindən özəl xəbərə qulaq asacaq;



- «Dirijor» sözünün lüğəti mənasını yada salacaq;



- «Mentalitet dolması»na qonaq olacaq;



- və hər dəfə sənətşünaslıq namizədi Aida Hüseynovanın açıqlamalarını eşidəcəksiz.



GEC DƏ OLSA, BABA MAQOMAYEV ANILDI



Yubiley fərmanından sonra Opera və Balet Teatrının foyesində "Müslüm Maqomayev 120" sərgisi açılıb, "Şah İsmayıl" operası göstərilib.



Musiqi Mədəniyyəti Muzeyində düzənlənən xatirə günündə Müslüm bəyin əlyazmaları, fotoşəkilləri, doğum şəhadətnaməsi, Qori Seminariyasını bitirmək haqqında sənəd, Qara Qarayevin redaktəsi ilə "Şah İsmayıl"ın portreturası, ev əşyaları və əlbəttə ki, bəstəkarın royalı nümayiş olunub.



Xatirə günündə Müslüm bəyin araşdırıcılarını, tanınmış musiqi xadimlərini, onu sevənlərin çoxluğunu görüb sual etdik: Kimdir Sizin üçün Müslüm bəy?



Bəstəkar Azər Rzayev: "Müslüm Maqomayevin Azərbaycan musiqisinə böyük töhfələri var. Çox töhfələr çox illər yaşayıb, hələ çox illər də yaşayacaq. Ona görə bu gün onun 120 illiyini qeyd etmək çox yaxşı işdir".



Mədəniyyət və İncəsənət Dövlət Arxivinin müdiri Maarif Teymurov: "Müslüm bəy Azərbaycan incəsənətinin, mədəniyyətinin fədaisi, eyni zamanda bizim tarixi folklorumuzu toplayan və onu öz operalarına gətirən böyük bir sənətkardır. "Şah İsmayıl" operasını yazıbsa, deməli, Müslüm Maqomayev əbədi yaşardır".



Əlyazmalar İnstitutunun bölmə müdiri Mehri Məmmədovanın yenicə çapdan çıxmış "Müslüm Maqomayev arxivinin təsviri" kitabı yubileyə çox gözəl bir töhfə idi.



AZƏRBAYCAN MUSİQİSİNDƏ İLK AVROPASAYAĞI OPERANIN YARADICISI



Ötən həftə festival sarıdan bol keçib. Amma biz festivaldan söz açmırıq. Heç vaxt Üzeyir Hacıbəyovdan ayırmadığımız çox dəyərli bir şəxsiyyətdən, görkəmli musiqiçi Müslüm Maqomayevdən söz açırıq. Mövzu bələdçimiz sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının müəllimi Aida Hüseynovadır.



- Müslüm Maqomayevin bəxtinə bir qoşalıq da düşüb – nəvəsi də Müslüm Maqomayevdir. Son vaxtlar Azərbaycan mətbuatına müsahibələrində nəvə Maqomayev babasına laqeyd münasibətdən gileylənir. Sizcə, o, haqlıdır?



Aida Hüseynova: - Mənə elə gəlir ki, baba Müslüm Maqomayevin xatirəsi Azərbaycanda uca tutulur. Çünki Azərbaycanın möhtəşəm incəsənət ocağı – filarmoniya məhz Müslüm Maqomayevin adınadır. Onun Şah İsmayıl" əsəri demək olar ki, Opera və Balet Teatrının səhnəsindən heç vaxt yox olmur və xalq tərəfindən çox böyük həvəslə seyr edilir. Ola bilsin, uzaqdan hansısa bir vəziyyət başqa cür görünə bilər. Və nəvə Müslümü də günahlandırmaq çətindir. Çünki yenə də deyirəm, məsafə məsafədir. Məhz bu yubiley günlərində biz açıq-aşkar görürük ki, Müslüm Maqomayev həmişə olduğu kimi Azərbaycan musiqisinin müasir tarixinin yaradıcılarından biri kimi çox yüksək qiymətləndirilir.



- Aida xanım, Üzeyir bəyin bir deyimini dəyişib soruşuram: «Şah İsmayıl»ı musiqi tariximizdə Avropa ləhcəli ilk əsər saya bilərik? Yəni «Leyli və Məcnun»dan onun nə fərqi vardı?



- "Şah İsmayıl" üzrə işini başlayanda Müslüm Maqomayevin özü belə bir fikir söyləyir ki, "mən yeni operamı yaradanda Üzeyir bəyin "Leyli və Məcnun"unu özümə nümunə tutmuşam". Və sonra da davam edir: "Lakin bir fərqlə ki, muğamlarla yanaşı burda bəstəkarlıq yaradıcılığının payı çox olsun". Yəni "Şah İsmayıl" bu mənada çox marqlı bir opera
XS
SM
MD
LG