Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:40
Rubrikalar

Türkiyənin Avropa İttifaqına qəbulu və Cənubi Qafqaz

  • Andrey Babitski

Səs: Real audio
Missiya "Maliyyə sektoruna texniki yardım" layihəsinin icrasıyla maraqlanacaq İqtisadi elmlər namizədi, İqtisadi Siyasət və Qanunvericilik Məsələləri üzrə Ermənistan-Avropa Mərkəzinin direktoru Tiqran Crbaşyan: "Türkiyənin Avropa İttifaqına qəbul olunması ilk növbədə sərhədlərin açılması zərurətini yaradacaq. Bu fakt sözsüz ki, Ermənistanın iqtisadiyyatına müsbət təsir göstərəcək".



- Deyirlər ki, Türkiyə erməni soyqırımı iddialarını tanımalıdır. Sizcə, bu tələb bugünkü Avropa reallığına nə dərəcədə uyğundur?



"Gün Səhər" qəzetinin şərhçisi Elxan Şahinoğlu: "Mən hesab etmirəm k, bu məsələ Avropa İttifaqı ilə danışıqlarda əsas tələb olacaq. Düzdür, bir neçə erməni qrupları Türkiyənin soyqırımı etiraf etməsini istəyirdilər. Amma bir şeyi başa düşmədim ki, "yol xəritəsi" qəbul olunandan sonra başqa tonda danışmağa başladılar. Vardan Oskanyan dedi ki, Türkiyə yalnız NATO ilə yox, həm də Avropa ilə Cənubi Qafqaz arasında körpü olacaq".



- Yerevanda sorğu zamanı belə bir fikir səsləndi ki, Türkiyə Avropa İttifaqına daxil olmaqla Avropanı korlayacaq. Siz nə fikirləşirsiniz?



Gürcüstan Beynəlxalq və Srateji Tədqiqatlar Fondunun vitse-prezidenti Temur Yakobaşvili: "Hesab edirəm ki, Türkiyə heç nəyi korlamaz. Çünki Türkiyənin qəbul olunacağı Avropa İttifaqı indiki Avropadan çox fərqlənəcək. Türkiyəyə qədər ora Şərqi Avropa ölkələri daxil olacaq. Avropada 20 milyon müsəlman artıq yaşayır və ona görə də İslam mədəniyyəti Avropaya yad deyil".



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG