Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:41

Ombudsman BMT-nin nümayəndəsi ilə görüşüb


Səs: Real audio
Elmira Süleymanova İnsan Hüquqları Evinin yaradılmasında Ali Komissarlığın dəstəyinə ehtiyac olduğunu vurğulayıb İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Silta Aiko Georgiadislə görüşüb.



«AzərTAc» Agentliyinin məlumatına görə, müvəkkil ölkədə insan hüquqlarının qorunması sahəsində görülən işlər, təsisatın bu istiqamətdə fəaliyyəti barədə qonağa məlumat verib. Xanım Süleymanova rəhbərlik etdiyi təşkilatın BMT-nin müvafiq qurumları ilə sıx əlaqələr qurduğunu, insan hüquqları sahəsində birgə layihələrin gerçəkləşdirildiyini diqqətə çatdırıb.



Qonaq təmsil etdiyi qurumda Cənubi Qafqaz ölkələri üzrə əlaqələndirici olduğunu söyləyərək, Ali Komissarlıqda Azərbaycan üzrə strateji planın hazırlandığı və bununla bağlı ombudsmanın mülahizələrinin faydalı olacağını qeyd edib.



E.Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə birlikdə “Minilliyin məqsədləri və insan hüquqları təsisatları” mövzusunda seminar keçirilməsini təklif edib, İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planının hazırlanmasında, İnsan Hüquqları Evinin yaradılmasında Ali Komissarlığın dəstəyinə ehtiyac olduğunu vurğulayıb.
XS
SM
MD
LG