Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:52

«Azadlıq» bloku ilə Milli Birlik Hərəkatı arasında saziş imzalandı<p align=`left`><br><br>


Səs: Real audio
Tərəflər həmçinin ADP sədri, eks-spiker Rəsul Quliyevin Azərbaycana qayıtması məsələsini də müzakirə ediblər Oktyabrın 8-də Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının yaratdığı «Azadlıq» seçki bloku ilə Lalə Şövkət Hacıyevanın rəhbərlik etdiyi Milli Birlik Hərəkatı arasında seçkiöncəsi əməkdaşlıqla bağlı saziş imzalandı. Sənədə görə, tərəflər qarşıdan gələn parlament seçkisinin demokratik keçirilməsi üçün səylərini birləşdirəcəklər. Sazişdə daha sonra bildirilir ki, seçki kampaniyası dövründə tərəflər bir-birinə qarşı antitəbliğat aparmayacaq, namizədlərinin üst-üstə düşmədiyi dairələrdə qarşı tərəfin namizədinə dəstək verəcək. Tərəflər həmçinin seçkinin saxtalaşdırılması cəhdlərinə qarşı birgə mübarizə aparmağı, nəticələrin qiymətləndirilməsi məqsədilə məsləhətləşmələr aparmağı və vahid mövqedən çıxış etməyi razılaşdırıblar.



Həmçinin belə bir razılıq da əldə edilib ki, «Azadlıq» blokunun oktyabrın 9-da Bakının mərkəzində keçirmək istədiyi icazəsiz yürüş-mitinqə Milli Birlik Hərəkatının nümayəndələri də qatılsın.



AXCP sədri Əli Kərimli deyir ki, aksiya mütləq keçiriləcək və bu məsələdə beynəlxalq ictimaiyyətin mövqeyi də onların fikri ilə üst-üstə düşür. O, Avropa Birliyinin Azərbaycan hökumətinə ünvanladığı ölkədə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmaması ilə bağlı son tövsiyəsini alqışladığını bilidirir: «ABŞ Dövlət Departamentinin ardınca Avropa Birliyinin də belə bir mövqedən çıxış etməsi təqdirəlayiqdir və bu, bizim düz yolda olduğumuzu göstərir».



Müsavat Partiyasının başqanı İsa Qəmbərsə deyir ki, «Yeni Siyasət» bloku ilə də əməkdaşlıq haqqında danışıqlar gedir.O, yaxın vaxtlarda belə bir sazişin imzalancağına ümid edir.



Oktyabrın 8-də həmçinin «Azadlıq» bloku və Milli Birlik Hərəkatının rəhbərləri hazırda ABŞ-da mühacir həyatı yaşayan ADP sədri, eks-spiker Rəsul Quliyevin Azərbaycana qayıtması məsələsini də müzakirə ediblər. Qərara alınıb ki, cənab Quliyevin Bakı hava limanında qarşılanmasıyla bağlı təşkilati məsələlər birgə həyata keçirilsin.



Rəsul Quliyev küllü miqdarda dövlət əmlakını talamaqda təqsirləndirilir. Hüquq-mühafizə orqanlarının rəhbərləri dəfələrlə onun Azərbaycana gələcəyi təqdirdə həbs olunacağını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG