Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:45

<i>«Xalq Cəbhəsi»</i>: «Gürcüstan Azərbaycanla sərhəddə təlimlərə başlayıb»


Səs: Real audio
Görüşün detalları barədə açıqlama verilmir «Bakı-Xəbər» qəzetindəki «Ruşaylo Ramiz Mehdiyevə siyahı verib» başlıqlı məqalədə Tamerlan yazır ki, Prezident Aparatının rəhbəri bir tərəfdən Mosvka ilə şəxsi əlaqələrini gücləndirir, digər tərəfdənsə ABŞ-ın bütün demokratik seçki tələblərinə müqavimət göstərməklə İlham Əliyevin Vaşinqtonla münasibətlərini gərginləşdirməyə çalışır.



Məqalədə bildirilir ki, seçkinin demokratik keçirilməsi Ramiz Mehdiyevi Rusiyanın maraqlarına xidmət edən bir neçə namizədi parlamentə keçirmək imkanından məhrum edə bilər ki, bu da nəticədə onun Kremldə etibarına xələl gətirmiş olar.



«Xalq Cəbhəsi» qəzetindəki «Gürcüstan Azərbaycanla sərhəddə təlimlərə başladı» başlıqlı məqalədə Aygün Rəhmanqızı yazır ki, təlimlərdə bu ölkənin Daxili İşlər Nazirliyi və Sərhəd Xidməti Departamentinin xüsusi bölmələri iştirak edirlər. Onlar azərbaycanlıların yaşadığı Qardabani rayonu ərazisində də təlimlər aparırlar.



Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin direktoru Ələkbər Məmmədov hesab edir ki, Gürcüstan bu təlimlər zamanı əsasən təhlükəsizlik faktorlarını əsas götürür: «Əgər bu təlimlər Azərbaycana və azərbaycanlılara qarşı yönəlsə, o zaman Bakı ultimatum xarakterli bəyanat verə bilər».



«Yeni Azərbaycan» qəzetindəki «Dağlıq Qarabağın (DQ) müstəqil dövlət kimi tanınması mümkün deyil» başlıqlı məqalədə Aqşin yazır ki, bu il dekabrın 4-ü və 5-də ATƏT üzvü olan ölkələrin Xarici İşlər nazirlərinin sammiti keçiriləcək. Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlərinin görüşü də həmin vaxt baş tutacaq. Məqalədə bildirilir ki, Vardan Oskanyan münaqişə ilə bağlı mövqelərdə yaxınlaşmanın olduğunu bildirməklə yanaşı, danışıqların yalnız ATƏT çərçivəsində aparılmasında da israrlıdır. Öz növbəsində ATƏT Parlament Assambleyasının DQ üzrə məruzəçisi Qoran Lenmarkerin hesabatı həm Yerevan, həm də Bakıda maraqla gözlənilir.



Məqalədə bildirilir ki, cənab Lenmarker separatçı qurumun müstəqil dövlət kimi tanınmasının mümkün olmadığını vurğulamaqla qeyd edib ki, torpaqların statusunun müəyyənləşdirilməsində tarix əsas olaraq götürülməməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG