Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:24
Rubrikalar

Vergi dərəcələrinin azaldılması nəzərdə tutulur


Səs: Real audio
Fikir ayrılığı yaradan bir çox məsələlərlə bağlı tərəflərin yanaşması üst-üstə düşür - Gələn il Vergi Məcəlləsinə ediləcək əlavə və dəyişikliklərdə vergi dərəcələrinin aşağı salınması nəzərdə tutulub.



Bu barədə maliyyə nazirinin müavini Azər Bayramov məlumat verib. Onun bildirdiyinə görə, mənfəət vergisi üzrə şkalanın 22 faizə endirilməsi, fiziki şəxslərdən yığılan maksimal vergi dərəcəsi ilə vergiyə cəlb edilmə həddinin isə 3 milyon manatdan 5 milyon manata çatdırılması nəzərdə tutulub.



- Yaxın vaxtlarda Bakıda, yaxud Aşqabadda Azərbaycan və Türkmənistan arasında mübahisəli neft yataqlarının işlənməsiylə bağlı müzakirələrin aparılacağı gözlənilir.



Bu barədə Xəzərin statusunun müəyyənləşdirilməsiylə bağlı işçi qrupun türkmənistanlı eksperti Xoşgəldin Babayev məlumat verib.



Hələ Sovet dövründə Azərbaycan mütəxəssislərinin kəşf etdiyi «Kəpəz» yatağını Aşqabad «Sərdar» adlandırır və onun Türkmənistana aid olduğunu bildirir.



- Oktyabrın 7-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 593, 1 avro 5 590, 1 rubl isə 161 manatdır.
XS
SM
MD
LG