Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:12

Xəzərin statusuna dair mövqelər yaxınlaşır


Səs: Real audio
Fikir ayrılığı yaradan bir çox məsələlərlə bağlı tərəflərin yanaşması üst-üstə düşür «Xəzəryanı dövlətlərin Xəzərin statusu ilə bağlı mövqeyi bir qədər də yaxınlaşdı».



Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bu fikri Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın hazırlanması üzrə işçi qrupunun son iclasından sonra bildirdi.



Onun sözlərinə görə, Bakıda keçirilən iclasda Rusiya, İran, Qazaxıstan, Türkmənistan və Azərbaycan nümayəndələri konvensiya layihəsinin bəzi bəndləri üzrə razılıq əldə ediblər. Amma nazir müavini həmin bəndlərin konkret məzmununu açıqlamadı, yalnız onu bildirdi ki, həmin məqamlar dəniz dibinin bölünməsi, dəniz səthindən istifadə, gəmiçilik, təhlükəsizlik, Xəzərdə silahların mövcudluğu, hərbi gəmilərin fəaliyyəti sahələrinə aid maddələrin bəzi aspektlərini əhatə edir:



"Biz bəzi maddələrin bir sıra bəndləriylə bağlı razılıq əldə etdik. Bu yaxşı nəticə sayıla bilər. Çünki iclasdan əvvəl məlum idi ki, layihədə qalan razılaşdırılmamış fikir ayrılılıqdarı çox çətin, prinsipial məqamlarla bağlıdır. İndi isə fikir ayrılığı yaradan bir çox məsələlərlə bağlı tərəflərin yanaşması üst-üstə düşür. Bu çox vacibdir. İndi biz üst-üstə düşən həmin yanaşmalar əsasında daha konkret məqamlar üzrə razılaşmanın əldə olunması üçün işimizi davam etdirə bilərik".



"ABŞ-ın yardımı ilə Azərbaycanın İranla həmsərhəd bölgəsində quraşdırılan və qaçaqmalçılıqla mübarizə üçün nəzərdə tutulduğu bildirilən radar stansiyası Xəzərin statusu haqqında danışıqlara hər hansı təsir edə bilərmi" sualına Xələf Xələfov «yox» cavabı verdi.



Onun sözlərinə görə, hər bir ölkənin öz təhlükəsizliyini necə qorumağın yolunu, başqa dövlətlərlə necə əməkdaşlıq etməyin formasını seçmək hüququ var. Nazir müavini bildirdi ki, bu məsələylə Azərbaycanın öz qonşularına münasibəti məsələsini bir-birinə zidd anlayışlar kim təqdim etmək düzgün deyil. Cənab Xələfovun sözlərinə görə, Azərbaycanın dünyanın müxtəlif ölkələriylə qurduğu münasibətlər onun qonşularına qarşı yönəlməyib, bu heç bir qonşu dövlətin hüquqlarını pozmur.



İclasda İran tərəfini təmsil edən bu ölkənin Xarici İşlər Nazirliyinin hüquq departamentinin rəhbəri Möhsin Baharvənd isə əlavə etdi ki, İranın qaçaqmalçılığa qarşı yönələn tədbirlərə heç bir etirazı yoxdur:



"O ki qaldı silah qaçaqmalçılığı və başqa qaçaqmalçılıq növləriylə mübarizə məsələsinə, bu problemlərin həllində bütün Xəzəryanı ölkələr maraqlıdır. İstər ikitərəfli, istərsə də beştərəfli formatda bütün Xəzəryanı dövlətlərin həmrəy olduğu məsələlərdən biri də elə qaçaqmalçılıqdır. Əgər hansısa ölkədə qaçaqmalçılığa, terrorçuluğa, narkotiklərin dövriyyəsinə qarşı mübarizə aparılırsa, İranın buna heç bir etirazı yoxdur. Və cənab Xələfovun dediyi kimi bu, iki məsələni bir-biriylə əlaqəlndirmək düzgün deyil".



Xəzərin şimal hissəsinin bölünməsiylə Azərbaycan, Qazaxıstan və Rusiya arasında problem yoxdur. Onlar bölgünü dövlət sərhədlərinə uyğun aparıblar və bir-birləriylə ikitərəfli sazişlər bağlayıblar. İran isə Xəzərin beş Xəzəryanı dövlət arasında bərabər bölünməsini istəyir.
XS
SM
MD
LG