Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:25

«Azadlıq» bloku Milli Birlik Hərəkatı ilə əməkdaşlıq edəcək


Səs: Real audio
«Yeni Siyasət» blokunun əməkdaşlıq təklifinə isə gələn həftə cavab veriləcək Oktyabrın 8-də Müsavat, Demokrat və Xalq Cəbhəsi partiyalarının yaratdığı «Azadlıq» seçki bloku Lalə Şövkət Hacıyevanın rəhbərlik etdiyi Milli Birlik Hərəkatı ilə seçkiöncəsi əməkdaşlıqla bağlı saziş imzalayacaq.



Bu haqda məlumatı «Azadlıq» radiosuna Müsavat Partiyasının başqan müavini Arif Hacılı verdi. Onun sözlərinə görə, sənəddə bütövlükdə seçki dövründə ortaya çıxacaq problemlərə qarşı birgə mübarizə aparmaq nəzərdə tutulub.



Cənab Hacılı «Yeni Siyasət» seçki blokunun «Azadlıq» blokuna təklif etdiyi əməkdaşlıq sazişinə isə gələn həftə cavab veriləcəyini bildirdi.
XS
SM
MD
LG