Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:40
Rubrikalar

Qılıncoynadanlar ən güclünü seçmək üçün Almaniyaya toplaşırlar


Səs: Real audio
Müsavat Partiyasının başqanı İsa Qəmbər: "Blok bu mitinqi keçirmək əzmindədir" - Bakıda bədii gimnastika üzrə dünya çempionatı davam edir. Gürz və lentlə hərəkətlərin final yarışlarında rusiyalı Olqa Karpova qızıl, Ukrayna gimnastı Anna Bessonova gümüş, başqa bir Rusiya idmançısı İrina Çaşşina isə bürünc medal qazanıb. Azərbaycan idmançısı Dinarə Gimatova isə 7-ci yerlə kifayətlənib. Oktyabrın 7-də komanda yarışlarının startı verilib.



- Oktyabrın 8-də Almaniyanın Leyspiq şəhərində qılıncoynatma (sabliya, rapira və şpaqa) üzrə dünya çempionatının startı veriləcək. Çempionatda Azərbaycan yığması 4 idmançı ilə təmsil olunacaq. Sabliya yarışlarında Ruslan Əzizov, Ramin və Rəhim Əmirovlar və Janna Muradqızı mübarizəyə qoşulacaq. Bu haqda komandanın baş məşqçisi Yaşar Məmmədov məlumat verir



- Gələn ay Kiprdə karatenin WKF versiyası üzrə yeniyetmə və gənclər arasında növbəti dünya çempionatının startı veriləcək. Karate-Do Federasiyasından verilən məlumata görə, çempionatda çıxış edən Azərbaycan idmançıları təlim-məşq toplantılarına başlayıblar.



- Oktyabrın 7-də Makedoniyada kişi voleybolçular arasında Avropa «Top Komandalar Kuboku» turnirinin startı verilib. Turnirdə Azərbaycanı «Azərneft» komandası təmsil edir.
XS
SM
MD
LG