Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:37

«Kojeni qalmaqalı»nda dörd azərbaycanlının əli olduğu bildirilir<p align=`left`><br><br>


Səs: Real audio
İttihamnamənin mətni belə güman etməyə əsas verir ki, onlardan ən azından biri vaxtilə Prezident Aparatında ən yüksək səlahiyyətə malik olan adamlardan olub Oktyabrın 6-da Nyu-Yorkda üç nəfər vaxtilə Azərbaycanda yüksək rütbəli hökumət nümayəndələrinə rüşvət vermək ittihamı ilə həbs olunub. Çexiya və İrlandiya vətəndaşı olan Viktor Kojeni çərşənbə günü Baham adalarında həbs edilib və ABŞ onun ekstradisiyasını tələb edib. Digər iki təqsirləndirilən şəxs - Frederik BurqDevid Pinkerton isə cümə axşamı Manxettendə könüllü olaraq təslim olub. Onlar ABŞ Federal Məhkəməsində günahsız olduqlarını iddia ediblər.



İşlə bağlı irimiqyaslı 27 maliyyə cinayətindən söhbət açılır. Bura o cümlədən «pul yumaq», saxtakarlıq və xarici ölkələrdə hökumət nümayəndələrinə rüşvəti qadağan edən Amerika qanununu pozmaq daxildir.



İttihama görə, Kojeni, BurqPinkerton 1997-99-cu illər arasında yüksək vəzifəli Azərbaycan rəsmilərinə rüşvət verərək, Dövlət Neft Şirkətinin özəlləşdirilməsindən pay almağa cəhd ediblər.



Təqsirləndirilənin hər birinə qarşı irəli sürülən ittiham 20 il həbs və 500 min dollara kimi cərimə ilə nəticələnə bilər. Ancaq ittiham sübut olunmadıqca, onlar günahsız sayılırlar.



Vaşinqtonda yerləşən İqtisadi və Siyasi Tədqiqat üzrə Beynəlxalq Avrasiya İnstitutunun direktoru Rinat Axmedşin «Azadlıq» radiosuna deyib ki, bu iş keçmişdə «Kazaxqeyt» adı ilə şöhrət tapan rüşvət qalmaqalına oxşayır. Bu qalmaqalda ABŞ biznesmeni Ceyms Qiffen yüksək məbləğli neft və qaz imtiyazları qarşısında Qazaxıstan prezidenti Nursultan Nazarbayevə on milyonlarla dollar rüşvət verməkdə ittiham olunurdu.



İttihamnamədə «Kojeni qalmaqalı»nda yüksək vəzifəli dörd Azərbaycan vətəndaşının əli olduğu qeyd olunur, ancaq onların adları çəkilmir. Amma ittihamnamənin mətni belə güman etməyə əsas verir ki, onlardan ən azından biri vaxtilə Prezident Aparatında ən yüksək səlahiyyətə malik olan adamlardan olub.



Dövlət Neft Şirkəti və Xarici İşlər Nazirliyindən Azərbaycan rəsmilərinə rüşvət verməkdə ittiham olunan şəxslərin Amerikada həbsinə münasibət bildirmək istəmədilər.



Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı «Azadlıq» radiosuna müsahibəsində Viktor Kojenini "beynəlxalq fırıldaqçı" adlandırır və bu işin Azərbaycan rəsmilərinə heç bir aidiyyatı olmadığını deyir. Cənab Qurbanlının fikrincə, Azərbaycan müxalifəti Kojeninin fırıldaqçılığından siyasi hakimiyyətə qarşı istifadə edir.



Müsavat Partiyasının başqanı İsa Qəmbərsə «Azadlıq» radiosuna deyir ki, ölkə rəsmilərinin adlarının rüşvət qalmaqalında hallanması ölkə cəmiyyətinə bir mesajdır: «Bu, çox ciddi bir mesajdır ki, cəmiyyət nə vaxta qədər rüşvətxorluqla məşğul olan adamlar tərəfindən idarə olunacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG