Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:45

<i>«Yeni Azərbaycan»</i>: «Hakimiyyətlə müxalifət arasındakı fərq»


Səs: Real audio
Birləşmiş Ştatlarda Azərbaycan neftini qanunsuz yolla almağa cəhddə günahlandırılan 3 nəfər həbs olunub «Yeni Azərbaycan» qəzetindəki «Hakimiyyətlə müxalifət arasındakı fərq» başlıqlı məqalədə Aqşin yazır ki, bu yaxınlarda «Human Rights Watch» təşkilatı Azərbaycanda seçkiqabağı vəziyyətlə bağlı hesabatını yayıb. Bu sənəd hazırda müxalifət mətbuatının əsas mövzusunu təşkil edir.



Məqalədə bildirilir ki, müxalifət yazarları bir şeyi unudurlar. Hərdən ATƏT ekspertlərinin, həmçinin ABŞ Dövlət Departamentinin (DD) hesabatlarında Azərbaycandakı seçkiqabağı vəziyyətlə bağlı müsbət fikirləri də yada salmaq lazımdır. Adıgedən beynəlxalq qurumlar hesab edirlər ki, normal müxalifət mövcud problemləri hakimiyyətlə dialoq yoluyla həll etməlidir. Amma Azərbaycanda hələlik bu yoxdur. Dialoqdan qorxan «Azadlıq» seçki bloku isə ATƏT-in və ABŞ DD-nin bununla bağlı təkliflərini dəyərləndirmək istəmir.



«Üç nöqtə» qəzetindəki «Azərbaycandakı seçkiqabağı vəziyyətdən razıyam» başlıqlı məqalədə Vüsal Mehdioğlu yazır ki, bunu Avropa Şurasının (AŞ) Baş katibi Terri Devis deyib. O, bildirib ki, Azərbaycanda azad və ədalətli parlamet seçkisi keçiriləcəyinə də ümid edir. AŞ rəsmisi ATƏT-in Minsk Qrupunun fəaliyyətinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Qeyd edib ki, Ermənistan və Azərbaycan prezidentləri, həmçinin Xarici İşlər nazirləri ilə şəxsən tanışdır. Elə buna görə də o, ümidvardır ki, çox yaxın gələcəkdə Dağlıq Qarabağ məsələsi də öz həllini tapacaq.



Cənab Devis bir daha seçki məsələsinə qayıdıb, əlavə edib ki, Azərbaycan hökumətinə iki təklif göndərəcək. Birinci təklifdə seçicilərin siyahısında təkcə vətəndaşların ad və soyadlarının deyil, həm də onların ünvanlarının göstərilməsi nəzərdə tutulur. O, hökumətə səsvermə zamanı seçicilərin barmaqlarının mürəkkəbə batırılması üçün şərait yaradılmasını da təklif edəcəyini söyləyir.
XS
SM
MD
LG