Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:03

«Azadlıq» bloku Gədəbəy və Şəmkirdə mitinq keçirdi


Səs: Real audio
Gədəbəy rayon Polis Şöbəsinin Yeni Saratovka bölməsinin rəisi Zakir Allahverdiyev müşahidəçiləri və jurnalistləri saxlamadıqlarını deyir Müsavat, Demokrat və Xalq Cəbhəsi partiyalarının yaratdığı «Azadlıq» seçki blokunun ölkənin qərb bölgəsində keçirdiyi kütləvi aksiyalar oktyabrın 6-da Gədəbəy və Şəmkirdə mitinqlə yekunlaşıb.



«Yeni Müsavat» qəzetinin əməkdaşı Rey Kərimoğlu «Azadlıq» radiosunun bölgə müxbirinə deyib ki, Gədəbəydəki aksiyanı işıqlandırmaq üçün ezam olunan jurnalistlər polis bölməsinə aparılıblar. Onun sözlərinə görə, polislər bildiriblər ki, rayon rəhbərliyinin icazəsi olmadan mitinq işıqlandırıla bilməz.



Cənab Kərimoğlu polisin ATƏT-in uzunmüddətli müşahidəçilərini də saxladığını bildirib.



Müsavat partiyasının Divan üzvü Adil Qeybullanın dediyinə görəsə, Gədəbəy və Şəmkirdə blokun mitinqinə gəlmək istəyənlərin qarşısı kəsilib, hətta Gədəbəydə insanlar mitinqi təxminən 50-70 metr uzaqdan izləmək məcburiyyətində qalıblar.



Gədəbəy rayon Polis Şöbəsinin Yeni Saratovka bölməsinin rəisi Zakir Allahverdiyev isə «Azadlıq» radiosuna bildirdi ki, onlar nə ATƏT-in müşahidəçilərini, nə də jurnalistləri saxlamayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG