Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:08

Andreas Qross və Andres Herkel gələn həftə Azərbaycana gəlir


Səs: Real audio
Təşkilatın Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar üzrə Proqramının koordinatori Dilarə Babayeva: «Ötən il Azərbaycanda 16 yaşınadək 40.000 əlil uşaq qeydiyyatdan keçib» Gələn həftə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) missiyası Azərbaycana gəlir.



Avropa Şurası İnformasiya Ofisinin rəhbəri İlqar İbrahimlinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, səfər oktyabrın 10-dan 14-dək sürəcək: «Missiyanın tərkibində AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel də olacaq».



Missiya seçkiöncəsi şəriatlə tanış olmaq məqsədilə partiya və blok rəhbərləri, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin ölkə rəsmiləri – dövlət başçısı, parlament sədri, Daxili və Xarici İşlər nazirləri ilə görüşlər keçirəcək.
XS
SM
MD
LG